210 16-11-2018

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbiri açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş respublika səviyyəli elmi konfrans təşkil edilib. Keçirilən konfransın əhəmiyyətindən danışan dekan böyük mütəfəkkirin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhfələr, ümummilli lider Heydər Əliyevin şairin irsinin qorunması ilə bağlı gördüyü işlər, həmçinin ölkəmizdə cavidşünaslığın inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.     


Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə “Taleyi xalqının qədəri ilə bir yazılmış “səma şairi” adlı məruzəsində XX əsrin 30-40-cı illərində repressiyaya məruz qalmış azərbaycanlıların faciəli həyatından danışıb, totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin keşməkeşli ömür yoluna nəzər salıb, H.Cavid irisinə ulu öndər Heydər Əliyevin göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. 
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Cavid şəxsiyyəti və sözü zamanın işığında (H.Cavid haqqında bəzi düşüncələrim)” adlı mövzusunda böyük şair və dramaturqun ədəbiyyatımıza gətirdiyi yeniliklərdən, bədii fikrin inkişafındakı rolundan və bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən danışıb. 
 Qeyd edək ki, konfransın materiallar toplusunda 100-dən artıq məqalə çap olunub.  


 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub