285 02-02-2018

Yubilyarlarla səmimi söhbət

Bu günlərdə professorlar - Vaqif Salmanov ( 75 yaş), Məmməd Əliyev (75 yaş) və  Rəna Qasımova (65 yaş) doğum günlərini qeyd ediblər. “Bakı Universiteti” qəzeti bu münasibətlə BDU-nun dəyərli alimləri ilə müsahibəni təqdim edir:

 

Vaqif Salmanov 1967-ci ildən BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Elmi istiqaməti – lazer fizikası, yarımkeçiricilər fizikası, qeyri-xətti optika, nanotexnologiyadır. 1981-ci ildə Kiev Universitetində 1 illik fransız dili təhsili, 1982-ci ildə Fransanın Monpolye Universitetində fransız dil hazırlığı keçib. 1982-1986–cı illərdə Əlcəzair Respublikasının Sidi-Bel-Abbas universitetində fizika departamentinin müdiri və həmin şəhərdə çalışan sovet missiyasının rəhbəri olub. 1992-1998-ci illərdə Təbriz Universitetinin “Tətbiqi Fizika Mərkəzi”ndə elmi – tədqiqat işləri aparıb. 1981-ci ildən Yarımkeçiricilər fizikası kafedrasının professorudur.V.Salmanov 2014-cü ildən adıçəkilən kafedrasının müdiri vəzifəsində çalışır. O, həm də BDU-nun Elmi Şurasının Elmi katibidir. Alimin Tomson Reyter Agentliyinə daxil olan digər indeksli xarici və respublika jurnallarında 200-dən artıq elmi məqaləsi, Almaniyada bir monoqrafiyası çap olunub.10 kitabın müəllifi olan professor Vaqif Salmanovun rəhbərliyi altında 10 namizədlik və bir doktorluq dissertasiyası müdafiə olunub. Həyat yoldaşı ADNSU-nun fizika kafedrasının professorudur. İki qız övladı, üç nəvəsi var.

MƏMMƏD ƏLİYEV 1976-ci ildə Moskva Fizika Mühəndisləri institutunu (MİFİ) fərqlənmə diplomu ilə bitirib. 1982-ci ildə Nobel laureatı akademik N.Q. Basovun rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edib. 1984-cü ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında müəllim vəzifəsində çalışan R.Qasımova 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 2012-2015 ci illərdə Fizika fakültəsinin Elmi işlər və magistratura üzrə dekan müavini vəzifəsində çalışıb, 2009-cu ildən Ümumi fizika kafedrasında, 2013-cü ildən isə Optika və molekulyar fizika kafedrasında professor kimi fəaliyyətini davam etdirib. 2015-ci ildən Optika və molekulyar fizika kafedrasının müdiri vəzifəsində çalışır. O, həm də 2005-ci ildən BDU-nun Fizika fakültəsinin Elmi Şurasının katibi, AAK-nın İxtisaslaşdırılmış Şurasının üzvüdür. Elmi istiqamətini kvant elektronikası, lazer fizikası, qeyri-xətti optika və nanobirləşmələr sahəsində tədqiqatlar təşkil edir.   Professorun Tomson Reyter Agentliyinə daxil olan və digər indeksli xarici və respublika jurnallarında 160-a yaxın elmi məqaləsi, 5 kitabı, 1 monoqrafiyası çap olunub. Onun rəhbərliyi ilə 3 namizədlik dissertasiyası müdafiə olunub, 2 dissertasiya işi tamamlanıb və müdafiəyə hazırlanır. O, INTAS, CRDF –ANSF, EIF və FP7-INCO qrantlarında rəhbər və iştirakçı kimi fəaliyyət göstərib. Elm və təhsildə xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2009-cu ildə “Tərəqqi” medalı ilə, BDU-nun 2010-2011–ci tədris ilinin yekunlarına görə “İlin müəllimi” fəxri adı ilə, 2017-ci ildə isə BDU-nun Fəxri fərmani ilə təltif olunub. Həyat yoldaşı tibb elmləri namizədi, cərrahdir. İki oğul övladı, iki nəvəsi var.

Rəna Qasımova 1976-ci ildə Moskva Fizika Mühəndisləri institutunu (MİFİ) fərqlənmə diplomu ilə bitirib. 1982-ci ildə Nobel laureatı akademik N.Q. Basovun rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edib. 1984-cü ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında müəllim vəzifəsində çalışan R.Qasımova 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 2012-2015 ci illərdə Fizika fakültəsinin Elmi işlər və magistratura üzrə dekan müavini vəzifəsində çalışıb, 2009-cu ildən Ümumi fizika kafedrasında, 2013-cü ildən isə Optika və molekulyar fizika kafedrasında professor kimi fəaliyyətini davam etdirib. 2015-ci ildən Optika və molekulyar fizika kafedrasının müdiri vəzifəsində çalışır. O, həm də 2005-ci ildən BDU-nun Fizika fakültəsinin Elmi Şurasının katibi, AAK-nın İxtisaslaşdırılmış Şurasının üzvüdür. Elmi istiqamətini kvant elektronikası, lazer fizikası, qeyri-xətti optika və nanobirləşmələr sahəsində tədqiqatlar təşkil edir.   Professorun Tomson Reyter Agentliyinə daxil olan və digər indeksli xarici və respublika jurnallarında 160-a yaxın elmi məqaləsi, 5 kitabı, 1 monoqrafiyası çap olunub. Onun rəhbərliyi ilə 3 namizədlik dissertasiyası müdafiə olunub, 2 dissertasiya işi tamamlanıb və müdafiəyə hazırlanır. O, INTAS, CRDF –ANSF, EIF və FP7-INCO qrantlarında rəhbər iştirakçı kimi fəaliyyət göstərib. Elm və təhsildə xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2009-cu ildə “Tərəqqi” medalı ilə, BDU-nun 2010-2011–ci tədris ilinin yekunlarına görə “İlin müəllimi” fəxri adı ilə, 2017-ci ildə isə BDU-nun Fəxri fərmani ilə təltif olunub. Həyat yoldaşı tibb elmləri namizədi, cərrahdir. İki oğul övladı, iki nəvəsi var.



- Bu yaş sizə nə deyir? Bu yaşa qədər gəlib çatmaq bir insan üçün nə deməkdir?

Vaqif Salmanov: Mənə elə gəlir ki, illər artıqca insan daha da kamilləşir. Bir də yaşın heç bir əhəmiyyəti yoxdur, təki qəlb cavan olsun. Bu yaşa gəlib çatmaq, insan üçün bir növ hesabatdır. Geriyə baxıb, keçdiyim həyat yoluna nəzər saldıqda qarşımda həyatımın əsas mərhələləri canlanır: orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə başa vurmuşam. 1979-cu ildə doktorluq dissertasiyamı müdafiə edib, fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsini almışam. 30 ildən artıqdır ki professoru olduğum “Yarımkeçiricilər fizikası” kafedrasının 2014-cü ildən müdiri vəzifəsində çalışıram. Bütün bu işləri görmək üçün əsas olan yaşamağı bacarmaq və qəlbən qocalmamaqdır.

Məmməd Əliyev: 75 - yaş deyir yaxşı ki, düzgün yaşamısan, ciddi şəkildə idmanla, futbolla, boksla, şahmatla məşğul olmusan, siqaretdən, içkidən uzaq durmusan, bədənini və ruhunu pis maddələrlə, pis əməllərlə zəhərləməmisən, vicdan əzabı çəkməmisən, ətrafındakı insanlara faydalı bir şeylər verməyə çalışmısan, almağa yox.

- Rəna Qasımova: Bu illər ərzində mən həyatdan çox şey öyrənmişəm. Bilmədiklərimi dərk edib, bildiklərimi saf-çürük etmişəm. Bu yaşadək şərəflə yaşadığım üçün özümü şanslı hesab edirəm.

 

- Maraqlıdır, doğum gününüzü ilk təbrik edən kim oldu?

- Vaqif Salmanov: Doğum günümü ilk təbrik edən nəvələrim olub.

- Məmməd Əliyev: İlk təbrik edənlər ailə üzvlərim, həyat yoldaşım, oğlum, qızlarım, nəvələrim oldu.

- Rəna Qasımov: Həyat yoldaşım.

 

- Istədiyiniz həyatı yaşaya bilmisinismi?

- Vaqif Salmanov: Mən fəxr edirəm ki, elmlə - fizika elmi ilə məşğulam. Müəllimlik sənətini çox sevirəm. Əsl müəllim həm alim, həm də pedaqoq olmalıdır. Müəllimlik elmlə təhsilin vəhtədidir. Yenidən dünyaya gəlsəydim, yenə bu həyatı yaşayardım.

- Məmməd Əliyev: Müdriklər deyirlər ki, Tanrını güldürmək istəyirsənsə gələcək həyatını, işlərini planla. 13-14 yaşlarımda fotoqrafiya ilə məşğul olurdum, rayonumuza gəlmiş kinoqrupda operatora bir aya yaxın xırda işlərdə kömək edirdim. Kinooperator işini çox sevdim. 16-17 yaşlarımda Moskvada aviakonstruktor ixtisasına yiyələnmək üçün çox ciddi hazırlaşdım, ancaq atam vəfat etdiyinə görə Moskvaya gedə bilmədim

- Rəna Qasımova: Təbii, həyatda insan hər istədiyinə nail olmur. Bəlkə də yaxşı ki, belədir. Hər istəyə çatsaq, həyat məncə maraqsız olar. Lakin mən istədiklərimə əsasən nail olmuşam. Gözəl ailəm, məni başa düşən həyat yoldaşım, yetirmələrim, tələbələrim var. Məncə bunlara nail olmaq üçün yaşamağa dəyər.

 

- Bu yaşda ən böyük arzunuz nədir?

- Vaqif Salmanov: Vətənimi daha da çiçəklənən görmək, ərazi bütövlüyümüzün təmin olunması, gələcəkdə də özümün elmi və pedaqoji fəaliyyətimi davam etdirməyə qadir olmaq.

Məmməd Əliyev: Türkiyədə çalışdığım zaman siyasətlə, diplomatiya ilə məşğul olmayan sadə türk qardaşlarımızdan “bir avuc ermeniye Karabağı nasıl kaptırdığınız?” sualına səbrlə, üzülərək çox cavab vermişəm. O, “bir avuc erməninin” arxasında faktiki olaraq bütün xristian dünyasının dayandığını izah etməyə çalışmışam. Aprel döyüşləri göstərdi ki, qəhrəman Azərbaycan əsgəri Qarabağımızı, Şuşamızı azad etməyə qadirdir, yetərki ermənilərin havadarları qarışmasın. Ömür sonludur, 75 - yaşda ən böyük arzum ailəmin sağlığı, azad Qarabağı, azad Şuşanı müqəddəs məkan kimi ziyarət etməkdir.

- Rəna Qasımova: Ən böyük arzum, xalqımızın əmin -amanlıq içində yaşamasıdır. Hər bir azərbaycanlı kimi istəyim budur ki, tezliklə tapdaq altında olan torpaqlarımız azad olsun.

 

- Müdriklik zirvəsində, gənclərə, o cümlədən tələbələrə tövsiyələriniz nədir?

- Vaqif Salmanov: Gənclərə, tələbələrə tövsiyəm: Sizə həyat verən valideyinlərinizi sevin, Sizə elm, mədəniyyət verən müəllimlərinizə hörmətlə yanaşın. Vətəninizin layiqli övladı olun.

- Məmməd Əliyev: Əziz tələbələrimizə, əziz gənclərimizə ən böyük tövsiyəm səbirli və çalışqan, zəhməti sevən olmaqdır. İnsanın başına gələn bəlaların hamısı səbirsizlikdən və tənbəllikdən gəlir. Səbrlə dinləməyi, səbrlə çalışmağı öyrənsinlər. Mütləq idmanın heç olmasa bir növü ilə (futbol, boks, basketbol, şahmat və s) ciddi məşğul olsunlar, bu onları içkidən, siqaretdən uzaq tutar. Arzu edirəm ki, hər bir müasir Azərbaycan gənci bir neçə xarici dil bilsin, öyrənsin. Ana dilimiz Türk dilindən başqa ingilis dili və regionumuz üçün rus dilidə vacibdir.

- Rəna Qasımova: Gənclərə arzu edərdim ki, xalqımızın layiqli övladları olsunlar. Hər biri öz sahəsində vicdanla çalışsın. Tələbələrə isə tövsiyəm –elmin və təhsilin çətin və mürəkkəb yollarında uğurlar diləyir və kamilliyin zirvəsinə çatmağa arzulayıram.

 

Solmaz Babaşova

Digər yazılar

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib