52 30-11-2018

BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib

Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib. BDU-nun rektor vəzifəsini icra edən, professor İradə Əliyeva qonaqları salamlayıb, mərkəzin 10 illik yubileyi ilə əlaqədar yeni texniki avadanlıqlarla təmin olunmasını yüksək qiymətləndirib. Bildirib ki, 2008-ci ildə Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin yardımı ilə açılan mərkəz ötən 10 il ərzində tələbə və müəllimlərin İKT sahəsində bilik səviyyələrinin artırılması, elmi işlərə aid hesablamaların yerinə yetirilməsi kimi istiqamətlərdə uğurla fəaliyyət göstərib, universitet əməkdaşlarının Koreyanın müxtəlif ali təhsil müəssisələrində keçirilən konfrans, seminar və treninqlərdə iştirakını təmin edib.


Sonra Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin icraçı direktoru Conqpil Park, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev çıxış ediblər. Onlar mərkəzin həyata keçirdiyi işlər barədə danışıb, o cümlədən bundan sonra da xarici və daxili rəqəmsal sistemlərin hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.
Tədbir çərçivəsində Milli İnformasiya Agentliyi haqqında qısa video-çarxın təqdimatı olub, qonaqlar Azərbaycan-Koreya İnformasiya Mərkəzi ilə  yaxından tanış olublar.
 

Digər yazılar

BDU-nun müəllimi təlimdə çıxış edib

BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

Bakı Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib

Əməkdaşımız Polşanın Jeşuv Universitetində səfərdə olub

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

BDU-nun Filologiya fakültəsində “Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir”  mövzusunda elmi seminar keçirilib

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək

BDU-da “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin növbəti görüşü keçirilib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi Mirzə Cəlil dərslərinə başladı

 BDU-nun “Gənc istedadlar” liseyində konfrans keçirilib

«Gənc istedadlar» liseyində professor Anar İsgəndərovla görüş keçirilib

BDU-nun Tarix fakültəsində silsilə tədbirlərə start verilib

BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib

BDU-da “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib

Firudin Qurbanov Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb

Filologiya fakültəsi “Nəsimi ili”nə necə hazırlaşır?

Tələbə-ekoloqlar Azgüntex Günəş Modulları Zavodunda olublar

BDU-da Xocalı soyqırımı qurbanları anılıb

BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırıldı