156 07-12-2018

BDU tələbələri XİN-in mətbuat katibi ilə görüşüblər

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Nərgiz Vəliyevanın təşəbbüsü ilə II kurs tələbələri Xarici İşlər Nazirliyində olublar. Belə ki, “Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları” fənninin “Xarici təhlükəsizlik strategiyası” seminarı XİN mətbuat katibi Leyla Abdullayevanın iştirakı ilə keçirilib. L.Abdullayeva xarici siyasətin əsas prioritetləri, geosiyasi mənzərədə Azərbaycan müstəvisi, ikitərəfli və çoxtərəfli diplomatiya, XİN-in diasporlarla əlaqəsi və qarşılıqlı fəaliyyəti, Azərbaycan-Ermənistan münaqişəsi və digər mövzular ətrafında fikirlərini bölüşüb. Daha sonra mətbuat katibi tələbələrin çoxsaylı suallarını cavablandırıb. 
Görüş çərçivəsində tələbələr XİN-in muzeyi ilə yaxından tanış olublar.
Qeyd edək ki, bu ilin oktyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilən L.Abdullayeva BDU-nun məzunu olub.
Leyla Abdullayeva Xarici İşlər Naziriyində 2002-ci ildən çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

 

Digər yazılar

BDU-nun müəllimi təlimdə çıxış edib

BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

Bakı Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib

Əməkdaşımız Polşanın Jeşuv Universitetində səfərdə olub

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

BDU-nun Filologiya fakültəsində “Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir”  mövzusunda elmi seminar keçirilib

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək

BDU-da “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin növbəti görüşü keçirilib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi Mirzə Cəlil dərslərinə başladı

 BDU-nun “Gənc istedadlar” liseyində konfrans keçirilib

«Gənc istedadlar» liseyində professor Anar İsgəndərovla görüş keçirilib

BDU-nun Tarix fakültəsində silsilə tədbirlərə start verilib

BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib

BDU-da “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib

Firudin Qurbanov Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb

Filologiya fakültəsi “Nəsimi ili”nə necə hazırlaşır?

Tələbə-ekoloqlar Azgüntex Günəş Modulları Zavodunda olublar

BDU-da Xocalı soyqırımı qurbanları anılıb

BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırıldı