851 10-12-2018

“Let it be” hansı hekayənin davamı idi? 

 

Hekayə necə başlayır?


1960-1970-ci illərdə gənc olmaq heç də asan deyildi: dünya hər tərəfdən nəhəng burulğana tutulmuşdu. Alt təbəqənin qorxusuna çevrilən faşizm və kommunizm standartları artıq araşdırmaqdan və üsyan etməkdən bezməyən dəliqanlı gənclər üçün cəlbedici mövzuya çevrilmişdi. O dövrdə belə idi: sağlam yeniyetməlik keçirmək üçün ya parlaq zəkan olmalı idi, ya da rəngli fantaziyan. 
Bu vaxt həmin rəngli fantaziyalara sahib bir qrup gənc özlərini “hippi” adlandıraraq sistemi yox etmək üçün ayağa qalxdı. Hippilərə “dayılıq” etmiş və bu dövrün klassikasına çevrilmiş Beatles yazdığı mahnılar ilə həm sevgini, həm nifrəti, həm də laqeydliyi əks etdirdi. “Imagine” ilə, “Yesterday” ilə, “Hey Jude” ilə, ən əsası, “Let it be” ilə Beatles artıq sadəcə Beatles olaraq musiqi aləminə öz imzasını atmışdı. 
“Let it be” eyni adlı albomun 3 sinql musiqisindən biri kimi dinləyicilərə təqdim olunduğu andan digərlərindən fərqləndi, sevildi. Bəzi məqalələr, eləcə də, qrupun digər üzvü John Lennon mahnıda dini işarələrin olduğunu irəli sürsə də, reallıq bundan bir az fərqlənirdi. 

Yuxudan ilhamlanmış sözlər


Mahnının sözlərini yazan Paul McCartney əsl hekayəni belə nəql edir: “Hər şeyi “boş  verdiyim”, içib gecəyə qədər çöldə qaldığım dövrlərim idi. Dəli olmağa başlayırdım, əldən düşmüşdüm və bir yuxu gördüm. Bu, təxminən anamın vəfatından 10 il sonraya təsadüf edirdi. Hə, mən bir yuxu gördüm. Bu, çox sehrli an idi: o, yuxuma gəlmişdi. Elə görünürdü ki, sanki mənim, həqiqətən də, stresli olduğumdan əmin idi. Bununla da o dedi: “Narahat olma, hər şey yaxşı olacaq. Sadəcə boş ver. Nə olursa, qoy olsun”. 
Ayıldım və yuxuda onun mənə nə dediyini xatırlamaq üçün yaddaşımla mübarizə apardım: “O nə dedi? Hə, hə! “Qoy olsun”.”. Bundan sonra mən yazacağım növbəti mahnı üçün möhtəşəm ideya sahibi oldum və yazdım.

Müqəddəs, yoxsa doğma məsləhət? 


When I find myself in times of trouble
Özümü sıxıntılı hiss etdiyim zamanlarda


Mother Mary comes to me
Meri Ana mənim yanıma gələr


Speaking words of wisdom
Öz müdrik sözlərini deyərək


Let it be
Qoy nə olursa, olsun

John Lennonu mahnıya nifrət etdirən dini anlayışlar burada, əslində, Paulun ithafları idi. “Mother Mary” ifadəsi “Müqəddəs Məryəm Ana” görünüşünü verirdi, fəqət söhbət Paulun anasından gedirdi.
Müdrik və hikmətli sözləri ilə oğluna dəstək olan ana mahnının pozitivlik mənbəyidir desək, yanılmış olmarıq. Paul bir müsahibəsində bu mahnının öz ruhunun və pozitivliyinin olduğunu qeyd edirdi.
Mahnı haqqında digər məqam isə mahnının Paul McCartneyin həyat yoldaşı Linda McCartneyin dəfn mərasimində çalınmasıdır.

Hekayənin sonu maraqlıdır?
Dolu-dolu başlayan bir hekayə öz baş obrazlarının ilham pərilərinin qaçması ilə davam etdikdən sonra 1970-ci ildə sonlandı. Təəssüflər olsun ki, “Let it be”, həqiqətən də, hekayənin sonu idi: bu albom Beatles qrupunun 13-cü və son albomu kimi tarixə düşdü, hekayənin nöqtəsi qoyuldu, səhifə örtüldü, kitab bağlandı.

Pəri Abbaslı,
Jurnalistika fakültəsi, II kurs tələbəsi

 

Digər yazılar

“Özümü sosial həyatdan da təcrid etməmişdim”

İslamda nəfslə mübarizə

“Hər kəs öz yolunu tapmalı”

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində intellektual oyun keçirilib

BDU-da intellektual yarış keçirilib

Çox yorulmuşam artıq...

Tərcümə sənətdir, yoxsa istedad?

BDU-nun magistrantı beynəlxalq elmi konfransda çıxış edib

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

"Tarix həmişə birinciləri yadda saxlayır"

“Uğurun sirri işini sevərək görməkdədir”

“...Bu sevgimizin üstünə kölgə belə sala bilməzlər”

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Qanadsız mələklər

Gülümsəməyi unutmayın! 

Mənim həyat fəlsəfəm...

Tələbənin tələbədən müsahibəsi