385 10-12-2018

“Hər kəs öz yolunu tapmalı”


“Bakı Universiteti” qəzeti BDU-da təcrübə keçən Qazaxıstanın L.Qumilyov adına Milli Avrasiya Universitetinin II kurs magistrantı Nargiz Muqatayeva ilə müsahibəni təqdim edir:

- Maraqlıdır, magistratura təhsilinizlə əlaqədar təcrübə keçmək üçün niyə məhz BDU-nu seçdiniz?
- Əslində, universitetimizin II kurs magistrantlarına təcrübə üçün bir neçə ölkə təklif olunmuşdu. Mən Azərbaycanı seçdim. Çünki azərbaycanlıların qonaqpərvər olduqlarını bilirdim.

- Qısa müddətdir ki, Bakıdasınız. Burada sizi ən çox nə təəccübləndirir?


- Cəmi dörd gündür ki, Bakıdayıq. Bizi səmimi münasibətlə qarşılayır, hər yerdə kömək edirlər. Hətta sosial şəbəkələrdə “Bakı” başlığı ilə foto paylaşdıqda yerli sakinlər bizə “xoş gəlmisiniz” yazırlar.  Bu isə bizi həm təəccübləndirir, həm də sevindirir.
- Hansı çətinliklərlə qarşılaşırsınız?
- Aramızda heç bir sərhəd yoxdur, hətta siz Azərbaycan dilində danışanda biz anlaya bilirik. Bu isə dillərimizin bənzər olmasından qaynaqlanır. Burada olmaq bizim üçün çox xoşdur. Kimsə məndən xarici ölkəyə getmək üçün məsləhət istəsə,tərəddüd etmədən onlara Azərbaycanı məsləhət görərəm.
- Jurnalistika fakültəsinin tələbələrinin Qazaxıstanın görkəmli yazıçısı Abay Kunanbayevin  əsərlərinə həsr olunan tamaşalarını   izlədiniz. Təəssüratlarınız maraqlıdır...
- Bilikləriniz və bizə olan marağınız bizi çox təəccübləndirdi. Hər birinizə yaradıcılığınızda və gələcək həyatınızda uğurlar və məqsədlərinizə çatmağı arzulayıram. Sözlərimi Abay Kunanbayevin “Kara sözləri” əsərinin ilk cümləsi ilə bitirmək istərdim: “Hər kəs öz yolunu tapmalı”.

Sevgi İsmayılbəyli,

Jurnalistika fakültəsi, II kurs tələbəsi
 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları