86 10-12-2018

BDU-da onlayn konfrans zalının açılışı olub

Bakı Dövlət Universitetində Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Nizami layihəsi çərçivəsində istifadəyə verilən doktorantura üzrə onlayn konfrans zalının açılışı münasibətilə tədbir keçirilib. BDU-nun rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva tədbiri açaraq universitetdə həyata keçirilən layihələrdən, təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasından bəhs edib. Bakalavr və magistratura təhsilinin Boloniya prosesinə uyğunlaşdırıldığını vurğulayan professor İradə Əliyeva, Avropa Birliyinin Nizami layihəsi çərçivəsində doktorantura təhsilinin də beynəlxalq təhsil sisteminə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Professor İradə Əliyeva, eyni zamanda, Prezident İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edərək, Avropa Birliyinin Nizami layihəsinin bu proqrama töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Anar Kazımov Nizami layihəsinin əhəmiyyətindən, təhsilin doktorantura səviyyəsinin Boloniya təhsil sisteminə keçməsi ilə bağlı həyata keçirilən işlərdən bəhs edib.

BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov isə vurğulayıb ki, onlayn konfrans zalında dünyanın 8 universiteti ilə eyni zamanda konfrans keçirmək, müzakirələr aparmaq mümkündür. Nizami layihəsində Avropa universitetlərindən İsveçin Upsala, Çexiyanın Masaryuk, Almaniyanın Ruprext-Karls, İspaniyanın Barselona universitetləri, Azərbaycandan isə Təhsil Nazirliyinin koordinatorluğu ilə Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Dövlət Universiteti,  Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası iştirak edir.

BDU-nun Elm və innovasilayar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə isə bildirib ki, Nizami layihəsi və istifadəyə verilən konfrans zalı respublika təhsilinin beynəlxalq aləmə inteqrasiyasına imkan açır. Gələcəkdə təkcə doktorantlar deyil, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələr də bu imkanlardan istifadə edərək dünyanın 8 universiteti ilə əlaqə yarada biləcəklər.

Tədbir qeyd edilən universitetlərlə videobağlantıların qurulması və əməkdaşlıq məsələləri barədə fikir mübadiləsinin aparılması ilə başa çatıb.

Digər yazılar

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

BDU-nun Filologiya fakültəsinin tələbələri şeir müsabiqəsinin qalibi olub

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

“Tələbədən Tələbəyə-7” layihəsinin iştirakçılarına sertifikatlar verilib

BDU-nun Filologiya fakültəsində “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” adlı  elmi seminar keçirilib

BDU-nun Hüquq fakültəsində Avropa insan Hüquqları Məhkəməsinin simulyasiyası keçirilib

BDU-da 28 May – Respublika Günü qeyd edilib

“100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi - Prezidentin köməkçisi professor Dilarə xanım Seyidzadə olub

PROFESSOR – MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİNİN NƏZƏRİNƏ

Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib

“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Hüquq fakültəsində Ümummilli Liderin 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib