268 10-12-2018

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ


İntihar daim gündəmdə olan mövzulardan biridir: hər il intihar bir çox insanların seçiminə çevrilir. Dünya üzrə statistikaya nəzər salsaq, görərik ki, intihar halları, əsasən, yeniyetmələr arasında müşahidə edilir. İnformasiya agentliklərindən toplanan məlumatlar ölümlü intihar hadisələrinin sayının az olmadığını göstərir. Təəssüf ki, intihar cavanlaşır, uşaq və yeniyetmələrin də həyatına son qoyur. Bu səbəbdən yeniyetmələr intiharın nə olduğunu və onunla necə mübarizə aparmalı olduqlarını bilməlidirlər.  İntiharla bağlı bir sıra məqamlara aydınlıq gətirmək üçün psixoloq Hüseyn Xəlilovla söhbətləşdik:


- Yeniyetmələrin intihar etməsinə nələr təsir edir?


-    Yeniyetmələrin intihara cəhdləri 11-21 yaş dövrü ərzində yaranan faktorlar əsasında müşahidə edilir. Yaranma səbəblərdən biri ailə faktorudur ki, daha sonra onu iqtisadi durum, psixoloji vəziyyət kimi nüanslar və sairə izləyir. Məsələn ata qəflətən rəhmətə gedir və uşaq tək qalırsa, bunlar psixoloji sarsıntılar hesab olunur. Psixoloji sarsıntının yaranması isə öz növbəsində depressiyaya, depressiya isə insanı qapalı mühitə aparır. Nəticədə, bütün bunlar həmin şəxsin intihara yönəlməsinə təsir edir.

- Şəxsin intihara meyilli olduğunu necə anlaya bilərik?


-    İntihara meyillilik gizli haldır. Bunu, əsasən, ailə üzvləri gizli depressiyadan hiss edə bilərlər. İnsan gizli depressiyaya düşür, özünə qapanır və bu qapalılıq yalnız hadisələrlə bağlı olmur. Depressiyada olan şəxs heç nə etmək istəmir, süstləşir, xoşbəxtlik duyğusunu itirir, qidalanmağına fikir vermir, gecələri oyaq qalır, qarabasmaları olur və ona elə gəlir ki, hər şeyi itirib. Bu qapanma 3 ay ərzində artır, 6 ay ərzində dərinləşir və nəhayət, qərar verir ki, mən yaşamaq istəmirəm. Bunu da qeyd edim ki, bəzən valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir. Valideyn bu halı duyduğu zaman dərhal mütəxəssisə bildirməli və ya özü övladını bu yoldan çəkindirməyə çalışmalıdır.


- İntiharın mətbuatda işıqlandırılması və internetdə müzakirə olunması  düzgündürmü?

-    Bu mövzu həssas olduğu üçün cəmiyyət bundan bir az çəkinir. İntiharın mətbuatda işıqlandırılmasının həm müsbət, həm də mənfi tərəfləri ola bilər.  Elə fərz edin ki, mən hansısa efirdə intihar haqqında danışıram və intihara meyilli biri bu barədə düşünməyə başlayır, yəni bir növ ona təkan vermiş oluram. Buna görə də mütəxəssislərimiz bu mövzu haqqında internetdə yazsa, bundan imtina yollarını göstərməyə çalışıb nümunələr gətirsə, bir sözlə, bu mövzular internetdə işıqlandırılsa, daha yaxşı olar.

Son olaraq, oxucularımıza məsləhətləriniz...


-    Fikrimcə, hər bir insan həyat eşqi ilə yaşamalıdır, özünə məqsəd seçməli və bu məqsəd naminə mübarizə aparmalıdır. Bununla yanaşı, sosial fəaliyyətlərə də vaxt ayırmaq önəmlidir. Dərk etməliyik ki, həyat mübarizədir. Maariflənmək və mübariz olmaq lazımdır. İnsan yorulmamalı və səbirli olmalıdır. İntihar çıxış yolu deyil. 


   

Vüsalə Hacıyeva,
Jurnalistika fakültəsi, II kurs tələbəsi

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”