76 11-12-2018

BDU-da Ümummilli liderin anım mərasimi keçirilib


Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin universitetin foyesindəki büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. 
Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva Ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə yaranan sabitlikdən, onun vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindən danışıb. Professor İradə Əliyeva son illər ölkəmizin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək Ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə çıxışında Ulu öndərin hakimiyyəti dövründəki fəaliyyətindən danışıb. Millət vəkili bildirib ki, həmin müdrik siyasət Azərbaycan xalqının milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, müstəqil, güclü, dünya birliyində nüfuz qazanmış dövlətin yaranmasına gətirib çıxarıb. 
Tədbirdə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev və Tarix fakültəsinin 2-ci kurs tələbəsi Əli Babazadə çıxış ediblər. Çıxışçılar müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoyan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun önəmindən, Prezident İlham Əliyevin ölkəmizin dünya dövlətləri sırasında mövqeyini daha da gücləndirmək istiqamətində həyata keçirdiyi layihələrdən danışıblar.
Tədbir Ümummilli liderin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

 

Digər yazılar

Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib

Bakı Dövlət Universitetində imtahanlar ictimai nəzarət altında keçirilir  

Rektor bir qrup tələbə ilə görüşüb

Bakı Dövlət Universitetində imtahan sessiyası başlayıb

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

BDU-da tələbələr Qazaxıstan Respublikasının Müstəqillik Gününü qeyd ediblər

BDU-da onlayn konfrans zalının açılışı olub

BDU tələbələri XİN-in mətbuat katibi ilə görüşüblər

BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib

ADA Universitetinin tələbələri BDU-da

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da intellektual oyun keçirilib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

Nəsiman Yaqublunun kitabının təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Çində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb

BDU-da BMT və Hüquq fakültəsinin seminarı keçirilib

Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurası illik hesabatını təqdim edib