4817 25-12-2018

 Ümummilli lider və milli ideologiya

           
Müasir dövlət anlayışı formalaşdığı dövrdən hakimiyyət uğrunda mübarizə aparan siyasətçilər xalq kütlələrini öz tərəflərinə çəkmək üçün onlara gələcək proqramlarını təqdim edirlər. Siyasi partiyaların proqramları onların ideologiyaları üzərində qurulur. Bəs ideologiya dedikdə nə başa düşürük?
“İdeologiya” sözü ilk dəfə XVIII əsrin sonlarında məşhur fransız filosofu, ictimai və siyasi xadimi Antuan Destüt de Trasi tərəfindən işlədilib. O, digər bir filosof Etyen de Kondilyak ilə birlikdə fikirlərin formalaşması prinsipləri və insan biliklərinin təməli haqqında elm yaratmağa çalışmışdı.  Bu gün isə dünyada konservatizm, liberalizm, kommunizm, sosial-demokratizm kimi siyasi ideologiyalar mövcuddur.
 Uzun millət olaraq tariximiz boyunca fərqli idarəetmə formalarına və siyasi ideologiyalara malik dövlətlərin tərkibində yaşamış, bir neçə dəfə tənəzzül və inkişaf dövrlərindən keçmişik. Təcrübə göstərir ki, uzunmüddətli tabeçilikdən sonra müstəqillik əldə edən ölkələr möhkəm dayaqları olan ideologiyaya və xalqını öz ətrafında birləşdirə biləcək liderə ehtiyac duyurlar. Dünyada bir sıra dövlətlər hələ də daxillərində birlik yarada bilmədikləri üçün xarici siyasətlərində də əsaslı mövqe qazana bilmirlər. 
Azərbaycan da uzun illər sonra - XX əsrin son onilliyində müstəqilliyini bərpa etdikdə məhz milli ideologiyaya və liderə ehtiyac duyurdu. O dövrdə dünyanın siyasi sistemi demək olar ki,  dəyişmiş və beynəlxalq münasibətlərdə artıq yeni mexanizmlər yaranmaqda idi. Soyuq müharibə bitdikdən və illərdir oturuşmuş ikiqütblü dünya sisteminin çökməsindən sonra dünyadakı qüvvələr balansı tamamilə dəyişdi. 
Dünyada bu cür siyasi proseslər baş verərkən ölkəmiz çətin günlərini yaşayırdı. Azərbaycanda böyük bir çöküş gözlənilirdi və xalq anlayırdı ki, ancaq müdrik bir lider və birləşdirici bir ideya, bir fikir ölkəni bu vəziyyətdən qurtara bilər. Belə bir zamanda liderlik məsuliyyətini Ulu Öndər Heydər Əliyev öz öhdəsinə götürdü. Əslində, Heydər Əliyevi lider kimi görmək istəyən məhz xalqımız idi.

Heydər Əliyev böyük idarəçilik qabiliyyətinə sahib idi və o dövrdə dünyada gedən siyasi prosesləri düzgün təhlil etmək bacarığına malik idi. Ulu Öndər xalqı bir ideya ətrafında birləşdirdi. Bu ideya azərbaycançılıq idi. Azərbaycançılıq milli ideologiya kimi ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında və milli birliyin yaradılmasında müstəsna rol oynadı. Xalqımız Ulu Öndərin ideyasını mənimsədi və dəstəklədi. Zəngin tarixi və mədəni irsə sahib olan müdrik xalqımız azərbaycançılıq ideologiyasının onurğa sütunu oldu.  Azərbaycançılıq müstəqilliyimizi, ölkəmizin vahidliyini və bölünməzliyini qoruyub saxlamaq üçün vasitədir. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir. 
Fikirlərimi Ulu Öndərin Azərbaycan haqqında dediyi bu dəyərli sözlərlə tamamlayıram:
"Biz müstəqilliyimizi yalnız milli həmrəylik əsasında qoruyub saxlaya biləcəyik. Biz Azərbaycanın xoşbəxt gələcəyini yalnız bu əsasda təmin edə biləcəyik. Məhz bu əsasda biz Azərbaycanı müharibə şəraitindən çıxara biləcəyik. Məhz bu əsasda biz Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcəyik".

Hacıbaba Mustafayev,
Jurnalistika fakültəsi, II kurs tələbəsi

 

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Tanınmış məzunlarımız BDU-dan danışıblar

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR