190 10-01-2019

“Özümü sosial həyatdan da təcrid etməmişdim”

“Bakı Universiteti” 2018-2019-cu tədris ilində yüksək bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olan tələbələrlə müsahibəni davam etdirir. Suallarımızı bu dəfə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbələri Sevinc Nuriyeva cavablandırıb.

 

Qəbul imtahanında uğur qazanmaq üçün əsas şərtlər hansılardır?

Qəbul imtahanında uğur qazanmaq üçün məsuliyyətli olmaq lazımdır. Çünki həyatda nə isə qazanmaq naminə üzərinə məsuliyyət götürməsən, ona nail olmaq çətindir. 


Yəqin ki, bütün abituriyentlər kimi imtahan ərəfəsində gündəlik rejiminiz gərgin olub...
İmtahan ərəfəsində günümün 12 saatı məktəbdə və məşğələlərdə keçirdi. Əslində dərslərimi məktəbdə hazırladığım üçün evdə çox vaxt dincəlirdim. Amma özümü sosial həyatdan da təcrid etməmişdim. Sosial şəbəkələrdən istifadə edirdim, dostlarımla da vaxt keçirirdim.

İmtahan necə keçdi?
Bildiyimiz kimi, 2017-2018-ci tədris ilində qəbul imtahanları iki dəfə keçirildi. Birinci imtahanda çox həyəcanlı idim və içimdə inanılmaz dərəcədə qorxu vardı. Amma ikinci imtahanda həyəcan və qorxu yox dərəcəsində idi, ona görə də çox rahat idim.

Bəs sınaq imtahanlarında nəticələriniz necə idi? Qəbul imtahanında yüksək bal toplayacağınıza inanırdınız?
Düzü, sınaq imtahanı nəticələrim məni qane etmirdi. Doğrudur, 600-650 bal toplayırdım, amma arzuladığım ixtisas üçün bu, təbii ki, az idi. 

Bu ixtisasınız öz seçiminizdir, yoxsa müəllim və valideynlərinizin təsiri olub?
İndi oxuduğum ixtisası özüm seçmişəm. Hətta ixtisas seçimi kodlaşdırmasını özüm müstəqil şəkildə etmişdim.

Niyə məhz BDU-nu və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi? 
Fikrimdə başqa universitet olmadığı üçün BDU-da oxumağa qərar verdim. BDU-dan başqa heç bir universitetin tələbəsi olmağı arzulamamışam. Əslində, mən hüquqşünas olmaq istəyirdim. Bu, uşaqlıq arzum idi. Amma o ixtisasın dövlət sifarişli yerləri üçün 1 bal çatmadı. 669 bal toplamışdım. Alternativlərimdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dövlət və ictimai münasibətlər ixtisası var idi və mən də bu ixtisası seçdim. İxtisasımdan məmnunam. Lakin gələcəkdə ikinci təhsil kimi Hüquq fakültəsinə daxil olmaq istəyərəm. 

Qarşınıza qoyduğunuz məqsədləri hansı aforizmlə ifadə edərdiniz?
Məqsədə çatmaq üçün əlindən gələni deyil, lazım olanı etmək daha məntiqlidir.


İlahə Dadaşova
Filologiya fakültəsi,
dissertant

Digər yazılar

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb

“Məni mən edən səhvlərimdir”

İslamda nəfslə mübarizə

“Hər kəs öz yolunu tapmalı”

“Let it be” hansı hekayənin davamı idi? 

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində intellektual oyun keçirilib

BDU-da intellektual yarış keçirilib

Çox yorulmuşam artıq...

Tərcümə sənətdir, yoxsa istedad?

BDU-nun magistrantı beynəlxalq elmi konfransda çıxış edib

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."