268 11-01-2019

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”


Universitetlərdə imtahan sessiyası davam edir. Adətən tələbələr imtahan zamanı həyəcanlanır, stress keçirirlər. Bunun səbəbi nədir? İmtahanın gətirdiyi depressiyanı aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi, psixologiya üzrə elmlər doktoru Müşviq Mustafayev “Bakı Universiteti”nin bununla bağlı suallarını cavablandırıb:

 

 

Müşviq müəllim, tələbələr imtahan ərəfəsi xüsusi həyəcan keçirirlər. Bu, artıq tendensiya halını alıb...
Bəli, tələbələrlə söhbətlərdə, hərəkətlərində imtahan həyəcanını müşahidə etmək mümkündür. “Həyəcanlanmaq lazım deyil” demək imtahan nəticələrinin əhəmiyyətsiz olduğu kimi başa düşülə bilər. Harada, necə, hansı şəraitdə keçirilməsindən asılı olmayaraq, hər bir imtahan insanın  gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, həyəcan keçirmək normal haldır.


 Bəs həyəcana necə qalib gəlmək olar?
 İlk növbədə səbəbi müəyyənləşdirmək lazımdır. Bundan sonra özünəinam mexanizmi işə düşməlidir. Bu, fərdi xarakter daşıyır. Məsələn, iki şəxsdən biri indiyə kimi dəfələrlə imtahan veribsə, digəri ümumiyyətlə imtahanda iştirak etməyibsə, əlbəttə, ikinci birinciyə nisbətən daha çox həyəcan keçirəcək. Çünki birinci artıq dəfələrlə o hissləri keçirib, nəyin necə olduğunu bilir. Odur ki, əgər tələbə hazırlaşır və özünə inanırsa heç bir həyəcandan söhbət gedə bilməz.


Deməli, qeyd etdiyiniz amillərdən biri çatışmayanda istənilən nəticəni əldə etmək olmur?
Əgər bəxt amilini də istisna etsək, bəli, bu,  çox çətindir. Ola bilsin ki, tələbə oxuyur, ancaq daxilən özünə inanmır. Bu zaman tələbələr adətən deyirlər ki, oxuyuram amma yadımda qalmır. İnsanın bu və ya digər sınaq qarşısında, eləcə də, imtahanlar zamanı özünə inanması çox vacibdir. Bu, təkcə fərdin özü ilə yox,  həm də xarici amillərlə bağlıdır. Yəni ətrafdakılar, o cümlədən valideynlər və müəllimlər də onlara dəstək olmalıdırlar.


Dediniz ki, həyəcanın səbəbini müəyyənləşdirmək lazımdır. Hansı səbəblər ola bilər?
Bir neçə səbəb ola bilər. Onlardan ən başlıcası psixoloji siraətlə bağlıdır. Bu, insanın bir qrupda özünü digərlərinə bənzətməsinə deyilir. Əgər qrupda tələbələrin əksəriyyəti, həqiqətən, həyəcan keçirirsə, bu zaman azlıqda qalan bir-iki tələbə də  istər-istəməz həyəcana qapılacaq. Bu hal şüursuz şəkildə baş verir. Necə deyərlər,  “azlıq çoxluğa tabedir”  prinsipi özünü göstərməyə başlayır. İkinci əsas səbəb kimi əvvəllər baş vermiş və tələbənin artıq şüuraltısında yer tutan bir hadisəni göstərmək olar. Məsələn, əgər tələbə keçən semestr bir imtahandan kəsilibsə və ya xaric olunubsa, bu neqativ hal həmişə onu narahat edəcək. Nəticədə lazımından çox həyəcan keçirəcək.


Lazımından çox həyəcan? Belə çıxır ki, həyəcan lazımdır?
Dediyim kimi, normal səviyyədə həyəcan məsuliyyətin göstəricisi də ola bilər. Müşahidələr göstərir ki, yaxşı oxuyan tələbələr digərlərinə nisbətən daha çox həyəcanlanırlar. Çünki onlar qrupda “oxuyan uşaq” rolunu ifa edirlər və çalışırlar ki, rollarının öhdəsindən gəlsinlər, müəllimlərinin və valideynlərinin etimadını doğrultsunlar. Həm də adətən maksimalist tələbələr bu hissi yaşayırlar. Məsələn, elə tələbə var ki, 17, eləsi də var ki, 50 bal arzulayır. Burada motivlər, məqsədlər fərqlidir. Təbiidir ki, 50 bal arzulayan tələbə daha çox oxuyur və daha çox həyəcan keçirir.


Həyəcan lazımından çox olanda nələr baş verir?
Tələbələr üçün problem elə burdan, yəni həyəcanın stressə, bəzən isə hətta depressiyaya çevrildiyi andan başlanır. Belə demək mümkünsə, tələbənin düşməni həyəcan yox, səbəbsiz depressiyadır. Doğrudur, depressiya da o qədər böyüdüləsi bir şey deyil. Psixoloqlar hesab edirlər ki, depressiya ruhun soyuqdəyməsidir. Amma hər halda olmasa daha yaxşıdır.

 

Bu mövzuda tələbələrə tövsiyələriniz...
Təmkinli olmaq, soyuqqanlılığı qorumağı bacarmaq lazımdır. Bu, ən əsas şərtdir. Başa düşmək lazımdır ki, imtahandakı uğursuz nəticə heç bir böyük itkiyə səbəb olmur. Amma yaxşı nəticə qazanmaq ilk növbədə şəxsi statusa təsir edir. Bu mənada tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər. Necə deyərlər, yaxşı düşünmək lazımdır ki, yaxşı olsun.
                                                       

Kənan Novruzov,

Jurnalistika fakültəsi,
III kurs tələbəsi

Digər yazılar

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ

“Hər gün özünüzü hazırlamalısınız” - SƏFİR DANIŞIR

"İmtahana adi bir sınaq kimi getmək lazımdır"-Prezident təqaüdçüsü ilə müsahibə

Həyatda ən böyük uğurum ailəm, övladlarımdır

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

“BDU-nu təmsil edən tələbələr Azərbaycanı beynəlxalq layihələrdə uğurla təmsil edirlər”

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

"Tarix həmişə birinciləri yadda saxlayır..."