111 21-01-2019

Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib

Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümünə hərs olunmuş tədbir keçirilib.  Tədbir iştirakçıları əvvəlcə universitetin həyətində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov 29 il bundan öncə ölkəmizin azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı Yanvar hadisəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıb.

 

Bildirib ki, xalqımızın iradəsini, mübarizə əzmini qıra bilməyən 20 Yanvar hadisələrində milli qüruru, şərəf və ləyaqəti hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinə qarşı açıq etiraz etdiyini, günahkarların cinayət məsuliyyətinə cəlb olunması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, faciəyə hüquqi-siyasi qiymət verilməsindəki xidmətlərindən danışan F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi ardıcıl tədbirlərdən, şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edib.

 

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri Vasim Məmmədəliyev, şəhid, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, BDU-nun kafedra müdiri İzzət Rüstəmov və Biologiya fakültəsinin tələbəsi Vəfa Mürsəlzadə şəhidlərimizin müasir tariximizin qəhrəmanlarına çevrilməsindən danışıb, şəhid ailələrinə, əlillərə dövlətin diqqət və qayğısından bəhs ediblər.

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub