152 24-01-2019

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

UNESCO-nun baş direktoru Odri Azule 24 yanvar - Beynəlxalq Təhsil Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.
Müraciətdə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının Beynəlxalq Təhsil Gününün təsis edilməsi ilə bağlı qərar qəbul etdiyi bildirilir. BMT-nin qərarına görə, dünyada ilk dəfə qeyd edilən Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.

                  
UNESCO-nun baş direktorunun müraciətində qeyd olunur ki, bu mühüm qərar 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliyin əhəmiyyətini vurğulayır. Bütün dövlətlərdə hərtərəfli, ədalətli və keyfiyyətli təhsili təmin etmədən, ömürboyu təhsil almaq imkanlarını yaratmadan yoxsulluğu aradan qaldırmaq mümkün olmayacaq. İqlim dəyişikliklərinin təsirini yumşaltmaq, texnoloji inqilaba uyğunlaşmaq işində uğur qazanmaq üçün ümumi təhsili təmin etmək üzrə cəsur siyasi öhdəliklər götürmək vacib məsələdir.
Beynəlxalq Təhsil Gününün qeyd edilməsi UNESCO-nun təhsil məsələlərinə sadiqliyini bir daha təsdiq etmək üçün əlverişli imkandır.
Hazırda dünyada 262 milyon uşaq, yeniyetmə oğlan və qızlar məktəbə getmir, 617 milyon uşaq və yeniyetmə oxumağı və adi hesabı bacarmır. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub. Bu problemlərin həlli üçün ölkələr birgə səy göstərməlidir.
Müraciətin tam mətnini UNESCO-nun saytından oxumaq mümkündür.

 

AzerTAc
 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub