110 30-01-2019

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Bakı Dövlət Universitetində Fransanın Lyon 2 Universitetinin Hüquq fakültəsinin dekanı, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. BDU-nun rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri ətraflı qeyd edərək Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib.

 

Ötən ilin mayında Fransanın Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini bildirən Firudin Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi və ölkələrarası ali təhsil sahəsində qarşılıqlı əlaqələrin istiqamətində müzakirələrin aparılması baxımından səmərəli olduğunu vurğulayıb. 100 illik yubiley ərəfəsində olan BDU-nun beynəlxalq əlaqələrindən danışan F.Qurbanov, Fransa universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Professor Giyoni Protyer, öz növbəsində, Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, BDU ilə ilkin tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib.

 

Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan fikir mübadiləsinin nəticəsi olaraq Bakı Dövlət Universiteti və Lyon 2 Universitetinin müəllim və tələbə heyətinin elm, təhsil ehtiyaclarına uyğun olaraq, hüquq sahəsində ali təhsilin ixtisaslaşdırılmış sahələrinin yaradılması ehtiyacını əsas götürərək, əqli mülkiyyət hüququ fənninin peşəkar səviyyədə və yüksək səriştə ilə tədris olunmasını, habelə, sözügedən sahənin cəmiyyətdə aktuallığını nəzərə alaraq adıçəkilən universitetlərin Hüquq fakültəsinin magistratura pilləsində “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda birgə proqramlar, müəllim və tələbə mübadilələri, seminarlar, simpoziumlar, konfransların keçirilməsi, “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Qeyd edək ki, 210 yaşlı Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən bu universitetdə Hüquq fakültəsi yaradılıb və 1960-cı illərdə həmin universitet 2  müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon 2 və Lyon 3 adlı üç müstəqil ali təhsil müəssisəsidən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır. Lyon 1 Universiteti tibb və təbiət elmlərini, Lyon 2 Universiteti hüquq, iqtisadiyyat və humanitar fakültələri, Lyon 3 Universiteti isə əsasən elmi-tədqiqat institutlarını birləşdirir. Universitetdə yeddi böyük kitabxana fəaliyyət göstərir, bir nəfər Nobel mükafatçısı var.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər