640 01-02-2019

BDU-da Gənclər Günü münasibətilə bir qrup tələbə mükafatlandırılıb

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə dəyirmi masa keçirilib. BDU THİK-nin sədri, dosent Daşqın Qənbərov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim diqqət və qayğı ilə yanaşdığını, problemlərinin həlli istiqamətində görülən işlərə xüsusi önəm verdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

D.Qəmbərov Azərbaycanda aparılan dövlət gənclər siyasətindən, ölkədə yaradıcı, aktiv gənclərin öz potensiallarını inkişaf etdirməsi üçün yaradılan şəraitdən danışaraq Azərbaycan Respublikasının Gənclər Fondunun bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd edib. Dövlət gənclər siyasətinin Bakı Dövlət Universitetində də uğurla həyata keçirildiyini vurğulayan D.Qənbərov BDU THİK-in müvafiq layihələri və tədbirlərindən danışaraq, 2018-ci ili bu baxımdan səmərəli il kimi xarakterizə edib.

Dəyirmi masada Tarix fakültəsinin 2-ci kurs tələbəsi Əli Babazadə, Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Əkbər Əliyev, Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Şəbnəm Qurbansoy çıxış edib, bu sahədə dövlət siyasətindən danışıblar.

Tədbirdə tələbə gənclərin sualları cavablandırılıb və universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup fəal tələbəyə BDU THİK-nin Fəxri fərmanı və pul mükafatları təqdim olunub.

 

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər