197 01-02-2018

Çoxlarının marağına səbəb olan Reyhan Camalova kimdir?- Müsahibə

Reyhan Camalova – son zamanlar hər kəsin haqqında danışdığı 15 yaşlı qız. O, İstək Liseyinin 9-cu sinif şagirdidir. Reyhan yağış suyundan enerji almaq üçün qurğu hazırlayıb. Biz onu daha yaxından tanımaq və ixtirası haqqında daha çox məlumat toplamaq üçün özü ilə söhbətləşdik.

– Bu ideya necə yarandı? Necə oldu ki, belə bir qərara gəldiniz?

– Bu ilin aprel ayında bizim məktəbə “Social innavation lab”dən Cəsur Həsənov gəldi və “Climate launchpad” yarışması haqqında seminar verdi. Mən və dostum Zəhra Qasımzadə birlikdə bu yarışmaya qatıldıq. Biz 9 həftə boyunca sessiyalara qatıldıq. Eyni zamanda mən “Climate launchpad” yarışması nəzdində “yeni ideya” müsabiqəsinə qatıldım. Qlobal Sahibkarlıq Sammiti noyabrın 28-30-u tarixlərində Hindistanın Heyderabad şəhərində baş tutdu. Men və mentorum Leyla Tağızade “Radisson high tech” otelində 5 gün qaldıq. Bütün xərclər isə Amerika səfirliyi tərəfindən qarşılandı.

Sammitə İvanka Trump və Hindistanın primer-ministeri Norendra Modi başçılıq edirdilər. Sammitdə 1500-dən çox sahibkar, 300-dən çox investor və eco-sistemçi mövcud idi. İlk vaxtlar bu uğura heç kim inanmırdı. Her zaman olduğu kimi “böyük uğurlar ümidsizlikdən keçir”

– Bir müsahibənizdə ən böyük arzunuzun Nobel mükafatı almaq olduğunu demisiniz. Bu yolda hansı addımlar atmağı planlaşdırırsınız?

– Bəli, ən böyük arzum Nobel mükafatı almaqdır və artıq bu yolda irəlilədiyimi hiss edirəm. Astrofizik olmaq istəyirəm və gələcək təhsilimi Kanadanın Toronto Universitetində davam etdirmək istəyirəm. Məni buna məktəbimizin Tutu Balayeva və Xədicə adlı şagirdlərinin uğurları ruhlandırıb. Xaricdə təhsil üçün isə sosial fəallıq göstərməyə və imtahanlarımı uğurla vərməyə çalışıram.

– Gənc yaşda bu cür uğura imza atmış biri olaraq sizin idealınız hər kəsə maraqlıdır...

– Mənim idealım Nikola Tesladır, bu alimi çox sevirəm. Elmə bur cür töhvələr vermiş alimin tevazökarlığı də məni cəlb edir. Onu heç vaxt pul maraqlandırmayıb və məqsədi yalnız insanlığa xeyir vermək olub.

– Maraqlıdır, boş vaxtınızı necə keçirirsizniz?

– Dostlarımla müxtəlif mövzularda fikir mübadiləsi etməyi sevirəm. Hətta bəzən müəllimlərlə də elmi diskussiyalarım olur. Lakin kitab oxumağı o qədər də sevmirəm, daha çox sənədli filmlər izləyirəm. N.Tesla haqqında sənədli filmlərə üstünlük verirəm. Dedektiv kitabları sevirəm, xüsusilə Aqata Kristi və eyni zamanda H.Poterin fantastik kitablarını...

– Gələcək planlarınıza nələr daxildir?

– Gələcək planlarımda bu ixtiramı daha da təkmilləşdirmək fikrim var. Bu qurğu daha çox ekvatorial ərazilərdə yerləşən ölkələr üçündür. Qurğu Hindistanda böyük marağa səbəb oldu, hətta afrikalı bir qadın dedi ki, «yağış yağanda elektriklərimizi də kəsirlər». Gələcək planlarımızda var ki, yağış suyu filtirləndikdən sonra quraq ərazilərə kanllar vasitəsi ilə göndərilsin. Bu zaman insanlar bu sudan həm içməli su kimi, həm də suvarma sistemlərində istifadə edə biləcəklər.

 

Samirə Aliyeva,

Jurnalistika fakültəsinin II kurs tələbəsi

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları