152 07-02-2019

Firudin Qurbanov Koreya səfiri Kim Tonq-opla görüşüb

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ilə görüşüb.

Görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud münasibətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində inkişaf etdiyini bildirib.

Son illər ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi və keyfiyyətinin yüksəlməsi, idarəetmə sisteminin yenidən qurulması istiqamətində görülən işləri qeyd edən F.Qurbanov, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Koreya Respublikası Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumundan sonra bir çox layihələrin həyata keçirildiyini, orta və ali təhsildə müvafiq işlər görüldüyünü, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40-dək tələbənin Koreyanın müxtəlif universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.

 

F.Qurbanov Bakı Dövlət Universitetinin respublikamızın aparıcı ali təhsil müəssisəsi kimi elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamı diqqətə çatdıran F.Qurbanov yubiley tədbirlərinin YUNESKO, İSESKO, o cümlədən bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu  söyləyib.

F.Qurbanov BDU-nun Şərqşünaslıq fakültəsində 12 ildir fəaliyyət göstərən Koreyaşünaslıq ixtisası üzrə 64 nəfərin məzun olduğunu, tədrisin yerli müəllimlərlə yanaşı koreyalı mütəxəssislər tərəfindən də aparıldığını, tələbələrin artıq 6-cı ildir ki, universitetdə keçirilən Bakı Koreya dili Natiqlik müsabiqəsində aktiv iştirak etdiklərini, BDU ilə Koreyanın ali təhsil müəssisələri arasında anlaşma memorandumlarının olduğunu, əlaqələri daha da inkişaf etdirərək, ikili diplom və digər layihələrdə birgə iştirakın vacibliyini qeyd edib.

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op Bakı Dövlət Universitetində olmasından və xoş qarşılanmasından məmnunluğunu ifadə edib.

 

Ölkələrimiz və ali təhsil müəssisələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirən səfir ikili diplom, Koreyaşünaslıq ixtisasında təhsil alan tələbələrin dərsliklər və təqaüdlə təmini, Koreya dili və mədəniyyətini təbliğ edən, Qafqaz regionunda ilk dəfə olaraq BDU-nun nəzdində açılan Kral Seconq İnstitutunun fəaliyyəti kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, BDU ilə Koreya universitetləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub