61 19-02-2019

Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub


Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb. İki ölkə arasındakı əlaqələrin tarixi inkişafından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Əfqanıstan ilə müxtəlif sahələrdə uğurlu münasibətlərdən bəhs edən F.Qurbanov elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.


Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay, ölkələrarası münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək ortaq dəyərlərə malik olduğumuzu bildirib. 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir, müharibə şəraitinin Əfqanıstan mədəniyyətinə, o cümlədən təhsilinə də təsirsiz ötüşmədiyini deyib. O, Əfqanıstanda əsasən özəl ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini, hazırda təhsilin keyfiyyətinin artırılmasının aktual məsələlər sırasında olduğunu söyləyib. 


BDU-nun əcnəbi məzunlarının peşəkarlığından danışan səfir bunu Azərbaycan təhsilinin yüksək səviyyədə olması kimi dəyərləndirib. Səfir X.Spelanay ölkəsininin peşəkar kadrlarla təmini baxımından BDU ilə Əfqanıstan universitetləri arasında intensiv əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib, səfirlik olaraq lazımi dəstək olacaqlarını söyləyib.
Qonaq görüş çərçivəsində BDU-nun elm və tədris mərkəzləri ilə yaxından tanış olub.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər