88 27-02-2019

Tələbə-ekoloqlar Azgüntex Günəş Modulları Zavodunda olublar


Ekologiya və torpaqşünaslıq fakültəsinin qiyabi şöbəsinin Ekologiya ixtisası üzrə V kurs tələbələri Azgüntex Günəş Modulları Zavodunda istehsalat təcrübəsində olublar.
Bu barədə qəzetimizə Ekologiya və torpaqşünaslıq fakültəsinin V kurs tələbəsi Çilənay Məmmədova məlumat verib. O, qeyd edib ki, bu təcrübənin tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük faydası olub.
“Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və qrup yoldaşlarımızla Azgüntex Günəş Modulları Zavodunda olduq. Zavodun direktoru Nizami Əsgərov bizə zavod barədə ətraflı məlumat verdi, istehsal sahəsi ilə tanış etdi və suallarımızı cavablandırdı. Nəzəri olaraq dərslərdə alternativ enerji mənbələri barədə kifayət qədər məlumat etsək də, əyani tanış olmağımız olduqca əhəmiyyətlidir. Günəş panellerinin istehsalı ilə əlaqədar faydalı məlumatlar əldə etdik, iş prosesinin şahidi olduq. Zavodun ən yüksək standartlara cavab verən qurğularla təchiz olunması da sevindirici haldır. Ümumiyyətlə, yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizlə qürur hissi keçirdim”, - deyə Ç. Məmmədova bildirib.

 


 

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər