518 27-02-2019

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Bakı Universiteti” qəzeti bu sayından etibarən xaricdə təhsil alan BDU məzunları ilə müsahibələrə start verir. Budəfəki müsahibimiz Türkiyənin Səlcuq Universitetində magistratura səviyyəsi üzrə təhsil alan Jurnalistika fakültəsinin məzunu Qoşqar Bəylərovdur.

- Qoşqar, sizin üçün Türkiyədə təhsilin avantajları nələrdir?

- Türkiyədə təhsil almaq ilk əvvəl fərqli təhsil sistemiylə tanış olmaq deməkdir. Türkiyə təhsil sisteminin bir çox avantajları var. Birincisi, tələbəyə alacağı təhsilə “yön vermək azadlığı” verilir. Yəni, tələbə alacağı dərslərin çox böyük bir qismini özü seçir. Məsələn, mənim sadəcə bir məcburi dərsim var idi, digər dərsləri isə özüm sistemdən seçmişəm. İkinci üstünlük isə tələbənin təhsil müddətindəki proseslərə üniversitetin saytında onun üçün ayrılmış şəxsi kabinetindən nəzarət etmək imkanının olmasıdır. Təhsil aldığım müddətdə ixtisasimla əlaqədar biliklərimi genişləndirmək, böyük həcmli araşdırmaların necə edildiyini öyrənmək və onları praktik olaraq həyata imkanı qazandım.

- BDU-nun bu təhsilə yiyələnməyinizə təsiri barədə nə deyə bilərsiniz?

- Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunuyam. Yəni, Azərbaycanda jurnalistika təhsilinin beşiyində böyümüş, orada bir çox təcrübəli və savadlı müəllimdən dərs almışam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində aldığım təhsil mənim həyatımda, gələcəklə bağlı planlarımda mayak rolunu oynayıb. Səlcuq Universitetindəki uğurlarım Bakı Dövlət Universitetindəki təhsilimlə birbaşa bağlıdır.

- Magistratura səviyyəsi üzrə təhsilinizi başa vurduqdan sonra planlarınızda nələr var?

- Doktorantura səviyyəsi üzrə təhsilimi davam etdirməklə hədəfimə bir addım da yaxınlaşmaq niyyətindəyəm. Təhsilimin doktorantura pilləsini böyük ehtimalla Türkiyədə və ya digər Avropa ölkələrindən birində davam etdirmək istəyirəm.

- Türkiyədə təhsil nəticələrinə görə ilin birincisi olmusunuz, bu necə bir hissdir? Türkiyədə ilin tələbəsini necə dəyərləndirirlər?

- Bəli, mən magistraturada aldığım qiymətlərin yekun nəticələrinə görə bölüm birincisi oldum. Lakin Türkiyə təhsil sistemində magistraturada buna görə hər hansı bir sertifikat və ya təşəkkürnamə nəzərdə tutulmadığına görə almamışam. Sadəcə müəllimlərimin və qrup yoldaşlarımın təqdirini qazanmışam, örnək tələbə olaraq göstərilmişəm.

- Türkiyədə təhsil almaq ixtisas təhsilindən başqa sizə nələr verdi?

- Səlcuq Universitetinin təxminən 110 min nəfərlik müəllim-tələbə heyəti var və bunların heç də az olmayan qismini xarici tələbələr təşkil edir. Müxtəlif ölkələrdən, fərqli düşüncə tərzinə, yaşayış səviyyəsinə malik tələbələrlə tanış olmuşam və bir çoxuyla yaxın dostluq münasibətlərim var. Boş zamanlarımda həmin dostlarımla ölkələrimiz haqqında danışır, müqayisələr, bəzən isə akademik mübahisələr edirik. Bütün bunlar mənim dünya görüşümün zənginləşməsində böyük rol oynayır. Bundan başqa, xaricdə təhsil almağın mənə ölkəmi təmsil etmək şansı verməsi də müsbət haldır.

Comərd Rüstəmli

 

Digər yazılar

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ

“Hər gün özünüzü hazırlamalısınız” - SƏFİR DANIŞIR

"İmtahana adi bir sınaq kimi getmək lazımdır"-Prezident təqaüdçüsü ilə müsahibə

Həyatda ən böyük uğurum ailəm, övladlarımdır

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

“BDU-nu təmsil edən tələbələr Azərbaycanı beynəlxalq layihələrdə uğurla təmsil edirlər”

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

"Tarix həmişə birinciləri yadda saxlayır..."