37 27-02-2019

“Məni mən edən səhvlərimdir”

İstedadlı tələbələrimiz

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbəsi Günay Xəlili yaradıcılıq qabiliyyəti ilə ətrafındakıların, həmçinin mənim də diqqətimi cəlb edib. İstərdim ki, onun rəssamlıq dünyasına birlikdə qısaca da olsa,  nəzər salaq.

Rəssamlıq insanın daxili aləmini təsvir edən sənətdir

Günay hesab edir ki, rəssamlıq insanın daxili aləmini təsvir edən sənətdir.  Rəssam isə gözlə görə bilmədiklərimizi ürəyimizdə hiss etdirməyi bacaran  şəxsdir. Onun sözlərinə görə, rəssamlığa böyük sevgisi və bacarığı olsa da, bunu ömrü boyu insanlara göstərmək məcburiyyətində qaldığı bir sənətə çevirmək istəməyib. Rəssamlıqla ancaq hobbi kimi məşğul olub.

Uşaqlıq illərimdən şəkil çəkirəm

“Lap uşaqlıqdan şəkillər çəkirdim, lakin bunlara heç də sənət əsəri demək olmazdı. Adətən bütün həmcinslərim kimi rəssamlığa qız şəkillərini çəkməklə başlamışam. İllər keçdikcə bu sahədə qabiliyyətimi inkişaf etdirməyi bacardım”, - deyə həmsöhbətimiz vurğulayır.

G. Xəlili deyir ki, bütün rəssamların yaradıcılıqlarını izləməyi xoşlayır. Xüsusilə Leonardo Da Vinçiyə heyrandır. Hətta onun hər bir əsərinə saatlarla tamaşa edə bilər.

Məni mən edən səhvlərimdir

Bəs müsahibizin irad və tənqidlərə münasibəti necədir? Həvəskar rəssam deyir ki, irad və tənqidləri adi qarşılayır: “Əvvəllər tənqidlər  xətrimə dəyirdi, lakin artıq başa düşürəm ki, məni mən edən səhvlərimdir. Doğru deyirlər ki, “ən yaxşı müəllim insanın etdiyi səhvlərdir”.

Ən sevdiyim rəng qaradır

Bir çox rəssamlar rənglər arasında hansının yaxşı, hansının pis, hansının doğma, hansının yad olması ilə bağlı seçim edə bilmirlər. Bəziləri isə ən çox istifadə etdiyi rənglərlə öz üslubunu yaradır. Bəs Günay Xəlilinin sevdiyi, digər rənglərdən ayırdığı rəng varmı? Həmsöhbətimiz deyir ki, rəssam üçün rəng elə dünya deməkdir. Ən sevdiyi rəng isə qaradır. Müsahibim hesab edir ki, qara torpağın, bütün yaradılışın başlanğıcının rəngidir.

 

Ləman Qasımova,

Jurnalistika fakültəsi,

I kurs

Digər yazılar

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb

“Özümü sosial həyatdan da təcrid etməmişdim”

İslamda nəfslə mübarizə

“Hər kəs öz yolunu tapmalı”

“Let it be” hansı hekayənin davamı idi? 

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində intellektual oyun keçirilib

BDU-da intellektual yarış keçirilib

Çox yorulmuşam artıq...

Tərcümə sənətdir, yoxsa istedad?

BDU-nun magistrantı beynəlxalq elmi konfransda çıxış edib

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."