112 27-02-2019

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan "İlin ən yaxşı tələbəsi" adlı müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından bəhs edib. Dövlət gənclər siyasətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini qeyd edən F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bunun dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilməsini diqqətə çatdırıb.

Sonra F.Qurbanov "İlin ən yaxşı tələbəsi" adını qazanmış tələbələri təbrik edib, onları universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlar, mədəniyyət və incəsənət sahələrində, ölkəmizin inkişafında, onun modernləşdirilməsində daha fəal olmağa çağırıb.

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovun, Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimovun çıxışlarından sonra ilin ən yaxşı tələbələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

 “İlin ən yaxşı tələbəsi” adına layiq görülən tələbələrdən biri də Jurnalistika fakültəsinin II kurs tələbəsi Hacıbaba Mustafayevdir. Bakı Universiteti qəzetinə açıqlama verən tələbə bu uğurun onu irəliyə getməyə daha da ruhlandıracağını deyib: Yüzlərlə tələbə arasından seçilərək mükafatlandırılmaq çox xoşdur. Ötən il planlarımın hamısını olmasa da, çoxunu həyata keçirə bildim. Onlardan bir neçəsini xüsusilə qeyd etmək istərdim. “Sputnik News”, "Beynəlxalq Jurnalistika məktəbi", Turizm və Media təlimlərində uğurla iştirak edərək sertifikatlara layiq görüldüm. Milli Jurnalistika Konqresi "Azərbaycançılıq və dövlətçilik" mövzularında yazılarıma görə məni təşəkkürnamə ilə təltif etdi. “Baki Universiteti” qəzeti üçün Azərbaycanda fəaliyyət göstərən səfirlərdən müsahibələr götürməyim isə həm jurnalistika sahəsində peşəkarlığımı inkişaf etdirməyimə, həm də yeni əlaqələr qurmağıma kömək oldu”.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Sabir Rüstəmov da sevincini “Bakı Universiteti ilə bölüşdü: “BDU rəhbərliyi tərəfindən ilin ən yaxşı tələbələri sırasında olmağımdan olduqca məmnunam. Mən mütəmadi olaraq ölkəmizi yerli və beynəlxalq konfranslarda təmsil edirəm. Ötən il Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına layiq görülmüşəm. Siyasi Psixologiya Məktəbinin tələbəsi olmuşam, eyni zamanda iki dəfə Milli Məclisdə təcrübə keçmişəm. Sertifikatlara, diplomlar layiq görülməyim, o cümlədən “İlin ən yaxşı tələbəsi” olmağım ölkəmizi bundan sonra da beynəlxalq arenada uğurla təmsil etməyə ruhlandırır.

 

 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları