89 27-02-2019

Özfəaliyyətin fəalları

ARAYIŞ: Bakı Dövlət Universitetinin Klubunda bir çox rəqs qrupları fəaliyyət göstərir. Səda rəqs qrupu 1991-ci ildə yaradılıb. Zərifə Məmmədova və Yusif Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən qrupa universitetin bütün fakültələrindən istedadlı tələbələr cəlb olunur. Sədanın üzvləri təkcə universitet daxilində deyil, həmçinin respublikanın hüdudlarından kənarda da layiqincə çıxış edirlər.

Filologiya fakültəsinin rus dili və ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Cəlil Həsənov dörd ildir ki Sədanın üzvüdür. 13 yaşından rəqslə məşğul olan tələbəmiz bir çox uğurlarını bu qrupun tərkibində qazanıb: 13 yaşımdan rəqslə məşğul oluram. BDU-nun Səda rəqs qrupu olaraq Tələbə baharı festivalında milli rəqslər nominasiyası üzrə birinci və ikinci yerlərə layiq görülmüşük. Məşqlər şənbə günləri olduğundan dərslərimizə mane olmur. Məşqlərdə də, yarışlarda da çox həvəslə iştirak edirik. İstər universitet daxilində, istərsə də Gənclər və İdman Nazirliyinin keçirdiyi bir çox tədbirlərdə iştirak edir, milli rəqs nümunələrini uğurla təqdim edirik.

Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Püstə Şükürova da qrupun fəallarındandır. Deyir ki, rəqs məşqlərində rahatlıq tapır, ruhu dincəlir: Artıq 12 ildir ki, rəqslə məşğul oluram . Universitetə qəbul olduqdan sonra Səda qrupuna yazıldım. Dərsdən sonra keçirilən məşqlər mənə rahatlıq gətirir. Gənclər və İdman nazirliyinin müxtəlif rayonlarda keçirdiyi Tarixin canlı səhifələri kimi bir sıra maraqlı tədbirlərdə iştirak etmişik. Respublika səviyyəli tədbirlərdə Bakı Dövlət Universitetini təmsil etmək mənim üçün qürurvericidir.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Firudin Yusifov isə deyir ki, dərslərdən sonra məşqlərə girsə də, yorulmur, əksinə daha həvəslə və əzmlə çalışır. Çünki həmişə qarşısına qoyduğu məqsəd və uğura gedən yol onu inamla irəli aparır: 10 ilə yaxındır ki, rəqslə məşğul oluram. İlk dəfə “Təbəssüm rəqs qrupunda fəaliyyət göstərmişəm. Həftədə bir dəfə məşqlərdə iştirak edirik. Dərslərdən sonra məşqlərə getsək də, yorulmuruq. Musiqi insan ruhunu dincəldir, sakitləşdirir. Universitetlə yanaşı Türkiyədə,Gürcüstanda, Macarıstanda və bir sıra avropa ölkələrində tədbirlərdə ölkəmizi uğurla təmsil etmişik. Hazırda universitetimizin 100 illiyi münasibətilə təşkil olunan tədbirlərə, həmçinin aprel ayında “Tələbə baharı festivalında iştirak edəcəyik” .

 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb