2288 27-02-2019

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin I kurs tələbəsi və universitetin Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Kəmalə Məmmədova "Mən Azərbaycanlıyam" intellektual yarışmasının qalibi olub.

Telelayihənin 9-cu mövsümünün 1-ci oyununda qalib olan tələbə “Bakı Universiteti”  qəzetinə qazandığı uğurla bağlı danışıb, sevincini bölüşüb: “Yarışmada iştirak etmək üçün əvvəlcə “Facebook” vasitəsilə qeydiyyatdan keçdim və seçim oyununa qatıldım. Həmin mərhələdə 30 sualdan 25-ni düzgün cavablandıraraq verilişə dəvət olundum. Suallar Azərbaycan dili, ədəbiyyat, coğrafiya, tarix, mədəniyyət, incəsənət və ümumi mövzularda idi. Uşaqlıqdan bu yarışda iştirak etmək istəyirdim və hər dəfə televiziyada verilişi izləyərkən özümü orada təssəvür edirdim. Nəhayət ki, mən də iştirak etdim və çox şadam ki, qalib oldum”.

K. Məmmədova diplomat və yazıçı Benjamin Dizraelinin "uğurun sirri məqsədə sadiq olmaqdır" devizini çox bəyəndiyini deyir. Onun sözlərinə görə, bu deviz altında bir çox yarışlarda parlaq oyun nümayiş etdirərək uğur qazanıb.

Qeyd edək ki, "Mən Azərbaycanlıyam" intellektual telelayihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.

 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Özfəaliyyətin fəalları

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb