46 27-02-2019

Filologiya fakültəsi “Nəsimi ili”nə necə hazırlaşır?

Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq BDU-da, o cümlədən, Filologiya fakültəsində bir sıra tədbirlər keçiriləcək. Fakültədən aldığımız məlumata əsasən, “Nəsimi ili” çərçivəsində universitet səviyyəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub və ideya problemləri” mövzusunda respublika elmi konfransının keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Folklorşünaslıq və mifologiya” ixtisası üzrə təhsil alan magistantlar üçün “Nəsimi və folklor” adlı seminar, fakültə Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə ədibin yaradıcılığının müxtəlif istiqamətlərinə dair elmi seminarın keçirilməsi planlaşdırılıb. İsa Muğannanın “Məhşər” romanı, Qabilin “Nəsimi” poeması kimi bədii əsərlərin, eləcə də Həsən Seyidbəylinin rejissorluğu ilə çəkilmiş “Nəsimi” filminin müzakirəsi, Filologiya fakültəsinin tələbələrinin dərsdənkənar iş planlarının tərtib olunmasında Nəsimi yaradıcılığı ilə bağlı bədii-əyləncəli tədbirlərin təşkili də tədbirlər planına daxil edilib.

 

Digər yazılar

“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Hüquq fakültəsində Ümummilli Liderin 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib

BDU-da “Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq” adlı tədbir keçirilib

“Tarixçi alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı professor Anar İsgəndərov olub

BDU-nun “Gənc istedadlar” liseyində “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib

Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının ilk iclası keçirilib

BDU-nun Coğrafiya fakültəsinin tələbələri Lənkəran və Astarada olublar

BDU-nun Filologiya fakültəsində Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi konfransı keçirilib

Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri  Azərbaycan İstiqlal Muzeyində olublar

BDU-nun Rus Mərkəzinin 10 illiyi ilə əlaqədar tədbir keçirilib

BDU İsrail universitetləri ilə əməkdaşlıq edəcək

BDU-da DOST agentliyinin əməkdaşları ilə görüş keçirilib

BDU kollektivi ulu öndərin 96-cı ildönümü münasibətilə Cocuq Mərcanlıya səfər etdi, kənd məktəbində universitetin tədris otağı açıldı

BDU-da “Şuşasız 27 il” adlı tədbir keçirilib

BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

Mərakeşin V Məhəmməd Universiteti ilə əlaqələr genişlənir

Rektor daha beş fakültənin kollektivi ilə görüş keçirib

BDU-nun fakültələrarası idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Rektor daha dörd fakültənin kollektivi ilə görüş keçirib