182 27-02-2019

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

Yanvarın 29-da Türkiyənin Səlcuq Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Bünyamin Ayhan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub. Fakültənin dekanı, dosent Vüqar Əliyev və müəllim heyətinin iştirak etdiyi görüşdə fakültələr arasında əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi haqqında ətraflı müzakirələr aparılıb. Qonağa fakültədəki infrastruktur, təhsil-tədris sistemi haqqında ətraflı məlumat verilib. Qonaq fakültənin elmi-tədqiqat laboratoriyaları, "Barama Media Mərkəzi",  Tədris-teleradio studiyası ilə əyani tanış olub.

Fikirlərini “Bakı Universiteti” qəzeti ilə bölüşən professor görüşdən məmnun qaldığını, fakültədəki vəziyyətin gözlədiyindən çox yaxşı olduğunu dilə gətirib: “Təxminən 15 ildir ki, keçmiş sovet ölkələri və türk coğrafiyasında yerləşən universitetlərdə təhsil-tədris, simpozium, seminar və başqa tədbirlərdə iştirak edirəm. Bu təhsil qurumları sürətli inkişaf və yeni sistemlərə uyğunlaşma prosesində bir çox problemlərlə qarşı-qarşıya qalıblar və hələ də bu problemlərin bir çoxu mövcudluğu qoruyur. Lakin, Azərbaycan təhsil sistemində son dönəmlərdə çox ciddi dəyişikliklər və yeniliklər olduğunu müşahidə edirəm. Xüsusilə qonağı olduğum universitet və fakültələrdə bu vəziyyət özünü göstərir”.

Türkiyəli qonaq həmçinin bildirib ki, BDU tarixi və Azərbaycan təhsil sistemində üzərinə götürdüyü missiyası ilə bu uğurların mərkəzindədir: “Bu universitetin Jurnalistika fakültəsi xüsusilə mənim ixtisasımla əlaqəli izlədiyim, gələcəkdə iş birliyi və akademik fəaliyyətlərimizi birlikdə davam etdirəcəyimiz bir fakültədir. Bu fakültədən Səlcuq Universitetinə magistratura və doktorantura təhsili almağa gələn tələbələr var və onların təhsili diqqət çəkir. Bu məqsədlə ziyarət etdiyim BDU Jurnalistika fakültəsində gözləntilərim özünü doğruldur, çox yüksək texnoloji avadanlıqlar və bilikli gənclərlə qarşılaşmışam. Xüsusilə studiyaların quruluşu, planlanması və təhsil sahəsində istifadə edilməsi Qərbdə yerləşən bir çox fakültələrdəkindən daha yaxşıdır”.

B. Ayhan nəzəriyyə və təcrübənin bərabər işlədiyi bir sistemdə tələbələrin təhsil almasını xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, diqqətini çəkən əsas nüanslardan biri fakültədə keçmiş və gələcəyin harmoniyasının olmasıdır.

“Xüsusilə ixtisası peşəkar səviyyədə bilənlərlə gənc nəslin birlikdə yer aldığı bir təhsil kollektivi dünən-bu gün-sabah xətti ilə öyrədən və öyrənən bir sistem kimi görünməkdədir. Yayım fəaliyyətindəki təcrübələri atılmış addımların möhkəm, doğru olduğunu göstərir və nəticələri başda özüm olmaqla hamını təəccübləndirir”, - deyə B. Ayhan qeyd edib.

 

Qoşqar Bəylərov

 

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”