270 07-03-2019

Firudin Qurbanov Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Hult Prize müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanmış BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb.


F.Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün belə layihələrdə iştirakın əhəmiyyətini qeyd edərək onları təbrik edib. 


Bildirib ki, müasir dövrdə dünyada artıq qəbul olunan 5-ci sənaye inqilabı şəraitində əmək bazarında rəqabətədavamlılıq baxımından müasir yanaşmalara sahib istedadlı tələbələri bir yerə toplayan Hult Prize müsabiqəsində iştirak həm də ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyə imkan yaradacaq.
Səmimi görüşə görə minnətdarlıqlarını bildirən tələbələr müsabiqədə təqdim edəcəkləri “First Step” layihəsi haqqında məlumat veriblər. Məlum olub ki, layihə gənclərin işsizlik problemlərinin lokal və qlobal şəkildə həll olunması, on il ərzində on  minlərlə tələbənin işlə təmin olunması məqsədi daşıyır. 
Tələbələr müsabiqədə aktiv olacaqlarını, ölkəmizi və Bakı Dövlət Universitetini layiqincə təmsil edəcəklərini vurğulayıblar.
Müsabiqənin final mərhələsi 2019-cu il sentyabr ayında ABŞ-ın Nyu-York şəhərində keçiriləcək. Qalib komanda üçün mükafat 1 milyon ABŞ dollarıdır. 
 

Digər yazılar

“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Hüquq fakültəsində Ümummilli Liderin 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib

BDU-da “Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq” adlı tədbir keçirilib

“Tarixçi alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı professor Anar İsgəndərov olub

BDU-nun “Gənc istedadlar” liseyində “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı keçirilib

Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının ilk iclası keçirilib

BDU-nun Coğrafiya fakültəsinin tələbələri Lənkəran və Astarada olublar

BDU-nun Filologiya fakültəsində Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi konfransı keçirilib

Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri  Azərbaycan İstiqlal Muzeyində olublar

BDU-nun Rus Mərkəzinin 10 illiyi ilə əlaqədar tədbir keçirilib

BDU İsrail universitetləri ilə əməkdaşlıq edəcək

BDU-da DOST agentliyinin əməkdaşları ilə görüş keçirilib

BDU kollektivi ulu öndərin 96-cı ildönümü münasibətilə Cocuq Mərcanlıya səfər etdi, kənd məktəbində universitetin tədris otağı açıldı

BDU-da “Şuşasız 27 il” adlı tədbir keçirilib

BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

Mərakeşin V Məhəmməd Universiteti ilə əlaqələr genişlənir

Rektor daha beş fakültənin kollektivi ilə görüş keçirib

BDU-nun fakültələrarası idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Rektor daha dörd fakültənin kollektivi ilə görüş keçirib