11 13-03-2019

BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı və Yel çərşənbəsi münasibətilə tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev universitet kollektivini təbrik edib, hər birinə sağlamlıq, firavan həyat arzulayıb.

Müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verən, milli ənənə və dəyərləri qoruyub saxlayan Novruzun tarixi və mahiyyəti barədə danışan rektor Elçin Babayev bu bayramın ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu diqqətə çatdırıb.

 

 

Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevin, Türkiyə, Türkmənistan, Çin və İran səfirliklərinin nümayəndələrinin, çoxsaylı qonaqların, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə qeyd edilən ölkələrin milli adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirilib, tələbələrin təqdimatında ədəbiyyat nümünələri səsləndirilib və musiqilər ifa edilib.

Tədbir türk xalqlarının milli adət-ənənələri və Novruz rəmzləri ilə bəzədilmiş bayram süfrələri ilə tanışlıqdan sonra başa çatıb.

 

 

Digər yazılar

BDU-nun müəllimi təlimdə çıxış edib

BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

Bakı Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib

Əməkdaşımız Polşanın Jeşuv Universitetində səfərdə olub

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

BDU-nun Filologiya fakültəsində “Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir”  mövzusunda elmi seminar keçirilib

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək

BDU-da “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin növbəti görüşü keçirilib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi Mirzə Cəlil dərslərinə başladı

 BDU-nun “Gənc istedadlar” liseyində konfrans keçirilib

«Gənc istedadlar» liseyində professor Anar İsgəndərovla görüş keçirilib

BDU-nun Tarix fakültəsində silsilə tədbirlərə start verilib

BDU-da “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib

Firudin Qurbanov Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb

Filologiya fakültəsi “Nəsimi ili”nə necə hazırlaşır?

Tələbə-ekoloqlar Azgüntex Günəş Modulları Zavodunda olublar

BDU-da Xocalı soyqırımı qurbanları anılıb

BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırıldı

Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub