475 14-03-2019

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş “Tələbədən tələbəyə” layihəsinin 7-ci mövsümü başlayıb.

Layihə çərçivəsində təşkil olunan tədbirdə jurnalistika fakültəsinin II kurs tələbəsi Süleyman Həmidov fotojurnalistika haqqında bildiklərini iştirakçılarla bölüşüb. O, məşhur fotojurnalistlərin çəkdiyi şəkillər barədə tələbələrə qısa məlumat verib. S.Həmidov, eyni zamanda, fotojurnalistlə fotoqrafın fərqindən, fotoaparatların texniki quruluşu və iş prinsiplərindən danışıb.

Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib.

 

 

Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Tələbədən tələbəyə” layihəsi çərçivəsində iştirakçılar onlayn xəbər, redaktə, fotojurnalistika, televiziya və radio jurnalistikası, video, montaj, data jurnalistikası və SMM (Sosial Media Meneceri) haqqında bilik və bacarıqlara yiyələnirlər.

Layihənin maraqlı tərəfi isə təlimçi heyətin məhz fakültənin tələbələrindən ibarət olmasıdır.

Digər yazılar

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb

“Məni mən edən səhvlərimdir”

“Özümü sosial həyatdan da təcrid etməmişdim”

İslamda nəfslə mübarizə

“Hər kəs öz yolunu tapmalı”

“Let it be” hansı hekayənin davamı idi? 

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində intellektual oyun keçirilib

BDU-da intellektual yarış keçirilib

Çox yorulmuşam artıq...

Tərcümə sənətdir, yoxsa istedad?

BDU-nun magistrantı beynəlxalq elmi konfransda çıxış edib

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."