83 14-03-2019

BDU-nun Tarix fakültəsində silsilə tədbirlərə start verilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Tarix fakültəsində “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinə start verilib.
Layihənin ilk qonağı Tarix fakültəsinin 1962-ci il məzunu, 1994-2004-cü illərdə dekan olmuş, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov olub.

Dekan Azad Rzayev layihə barədə məlumat verib, onun işinə uğurlar arzulayıb.

 

Fakültənin tarixi barədə danışan A.Rzayev 100 illik fəaliyyəti dövründə görkəmli elm xadimləri ilə yanaşı, dövlətin ictimai-siyasi həyatında, dövlət strukturlarında çalışan çoxsaylı məzunlarının olduğunu, onların sırasında ilk olaraq dünya şöhrətli məzun, ulu öndər Heydər Əliyevin xatırlandığını qeyd edib.

A.Rzayev layihənin ilk qonağı, akademik Yaqub Mahmudova görüşdə iştirakına görə fakültənin professor-müəllim və tələbə heyəti adından təşəkkürünü bildirib, 80 illik yubileyi münasibətilə təbrik edib.

Akademik Yaqub Mahmudov tələbəlik xatirələrindən, Azərbaycan tarix elmindəki mövcud vəziyyətdən, hazırda rəhbəri olduğu AMEA-nın Tarix İnstitutunda görülən işlərdən söz açıb.

 

Tədbir zamanı akademikin əsərlərinin sərgisi də təşkil olunub. Tədbirdən sonra kitablar Tarix fakültəsinə hədiyyə edilib.

Qeyd edək ki, “100 yaşlı Tarix fakültəsinin məzunları”  layihəsinin rəhbəri Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, koordinatorları isə dosentlər - Səidə Quliyeva, Sevinc Ruintən, Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və II kurs tələbəsi Mais Günəşlidir.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər