3790 14-03-2019

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Bakıda Şirvanşahlar Sarayı Kompleksində inkvizisiya – orta əsr işgəncə alətlərinin sərgisi açılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və təşkilatçılığı, İtaliya və Rusiyanın təşkilati dəstəyi ilə ərsəyə gələn bu sərgidə orta əsrlərdə Avropa ölkələrində kilsə məhkəməsinin insanlara tətbiq etdiyi cəza alətləri və qurğuları nümayiş edilir. “Bakı Universiteti” qəzetinin müsahibi sərginin sahibi - italiyalı kolleksiyaçı Pyer Luici Kannovidir.
- Əvvəlcə kolleksiyaçılıq fəaliyyətinizlə bağlı danışardınız. Necə oldu ki, bu qeyri-adi kolleksiyanı toplamağa maraq göstərdiniz?
- Artıq 40 ilə yaxındır ki, bu işlə məşğul oluram. İşgəncə alətlərindən başqa da bir çox kolleksiyalarım var. Gənc yaşlarımdan əntiq əşyalara marağım olub və onları tolamağa başlamışam. İnkvizisiya dövrünə aid bir kitab oxudum, ondan sonra bu dövrün tarixinə marağım artdı və bu kolleksiyanı toplamağa başladım. Ümumiyyətlə, inkvizisiya dövrünə aid kolleksiyam çox zəngindir və hal-hazırda nümayiş olunan kolleksiyamın üçdə bir hissəsidir. Adətən, kolleksiyamızı sərgiləyərkən bizə ayrılan məkan nəzərə alınmaqla yerli mədəniyyətə uyğun olan eksponatları seçirik.
- Nümayiş etdirdiyiniz daha hansı kolleksiyalarınız var?
- Bu kolleksiyadan başqa magiya, qədim kitab, Leonardo Da Vinçi maşınlarından ibarət kolleksiyalarım da var.


- İnkvizisiya alətlərindən ibarət olan sərginiz Azərbaycandan başqa  hansı ölkələrdə sərgilənib?
- Bu sərgi artıq 30-a yaxın ölkəni gəzib. Kolleksiyamız ilk olaraq İtaliya və onun bir çox bölgələrində, o cümlədən, Qərbi Avropa və bir neçə Şərqi Avropa ölkəsində sərgilənib. Buraya Slovakiya, Çexiya, Rusya, Polşa, Slovenya daxildir. Bundan başqa, Latın Amerikası ölkələrində də sərgilərimiz olub.
- 30-a yaxın ölkədə sərgi təşkil etmək böyük təcrübə deməkdir. Bəs ən çox hansı ölkələrdə insanların sərgiyə daha çox maraq göstərməsinin şahidi olmusunuz?
- Sərgiyə ən çox maraq İtaliyada hiss olunurdu. İnkvizisiyanın katolik kilsəsi ilə əlaqəli olması və İtaliyanın da katolisizmin mərkəzi olması insanların özlərinə aid tarixlə maraqlanmasına əsas səbəb idi. Çünkü bu sərginin mövzüsu birbaşa İtaliya mədəniyyəti və tarixi ilə bağlıdır.
- Qərbi Avropada sərgiyə gələnlərin arasında din xadimləri də var idi?
- Bəli, rəsmi kilsəyə aid bir qrup keşiş inkvizisiya dövründə buraxılmış səhvləri qəbul edir və sərgiyə normal yanaşırdılar. Lakin digər bir qrup isə bu dövrdə olan hadisələrə görə özünü təqsirli hiss etmirdi.


- Bəs kolleksiyanızı necə formalaşdırdınız?
- Kolleksiyamın formalaşması çox uzun zaman ərzində baş verdi. Kolleksiyamda birbaşa qədim dövrdən qalma və ya sonradan onların prototipi olaraq hazırlanmış işkəncə alətləri var. Bir çox tarixçi və ekspertlərlə birgə işləmişik. Bu, sərgidə nümayiş olunan alətlərin tarixlə əlaqəli olmasını öyrənmək üçün çox vacib idi.
- Bu Azərbaycana ilk gəlişinizdir? Ölkəmiz haqqında nə deyə bilərsiniz?
- Bəli, Azərbaycana ilk gəlişimdir. Bakı şəhərini çox bəyəndim. Buradakı təmizlik və mədəniyyət təqdirə layiqdir. Şəhərinizin memarlıq irsi çox zəngindir və ilk baxışdan Şərq memarlıq üslubu hiss olunur. Ölkənizdə turistlər üçün çox yaxşı şərait yaradılıb.


- Necə oldu ki, sərginizi Azərbaycanda nümayiş etdirməyə qərar verdiz?
- Bu mənim təşəbbüsüm  idi. Əvvəlcə biz Qazaxıstanda sərgimizi nümayiş etdirməyi planlaşdırmışdıq, lakin bir neçə səbəb üzündən orada sərgi təxirə salınmalı oldu. Azərbaycanda bir neçə muzeylə əlaqəmiz oldu və gördüyünüz kimi, razılaşdığımız yerdə sərgimiz fəaliyyət göstərir. Hələ avqust ayına qədər qonaqların üzünə açıq olacaq.
- Sərgiyə gələn yerli əhalinin reaksiyası necədir?
- Əslində buradakı insanlar Avropadakılardan daha həssas yanaşdılar bu mövzuya. Sərgiyə gələnlərin əksəriyyətində inkvizisiya dövründə insanlara qarşı törədilən qəddarlığa  təəssüf hiss olunur. Sərgimizlə maraqlananların sayı artır və hər kəs dəvətlidir, xüsusən də mədəni biliklərə ehtiyacı olan gənclər.

 

Hacıbaba Mustafayev
Jurnalistika fakültəsinin tələbəsi

 

Digər yazılar

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ

“Hər gün özünüzü hazırlamalısınız” - SƏFİR DANIŞIR

"İmtahana adi bir sınaq kimi getmək lazımdır"-Prezident təqaüdçüsü ilə müsahibə

Həyatda ən böyük uğurum ailəm, övladlarımdır

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

“BDU-nu təmsil edən tələbələr Azərbaycanı beynəlxalq layihələrdə uğurla təmsil edirlər”

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

"Tarix həmişə birinciləri yadda saxlayır..."