197 01-02-2018

“ Soyuq əllər-isti ürəklər”

Dekabrın 1-dən Fəvvarələr Meydanında dördüncü “ Soyuq əllər-isti ürəklər” yarmarkasının açılışı ürəkaçandır. Ənənəyə görə yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaqdır  ki, bu da olduqca təqdirəlayiq haldır. Hətta ölkəmizə  gələn turistlər bunu  "Milad yarmarkası"na bənzədirlər. Bununla əlaqədar olaraq rəyləri təqdim edirik:

-  Gördüklərim məni heyran etdi. Sanki, özümü avropada hiss etdim.

-  Bu günlərdə Fəvvarələr Meydanında açılmış xeyriyyə yarmarkası  məni çox sevindirdi.Bu ideyanı həyata keçirənlərə öz təşəkkürümü bildirirəm. Hər halda, toplanan vəsaitin kimsəsiz uşaqlara, tərk edilmiş insanlara çatdırılması   gözəl təşəbbüsdür.Mən çox sevinirəm ki,  Dünya Azərbaycanlıların Həmrəylik günündə belə insanlar yaddan çıxarılmayıb.

Burada diqqəti cəlb edən məqamlardan ən önəmlisi yarmarkaya kömək məqsədi ilə gələn xeyriyyəçi uşaqların sevincidir. Onlardan biri sevincini bizimlə belə bölüşdü:

- Mən çox şadam ki, bizim aldığımız əşyaların pulları kimsəsiz uşaqların sevincinə səbəb olacaq. Onlar da arzuladıqları əşyalara sahib olacaqlar.

 

 Qeyd edək ki, yarmarka yanvarın 15-dək davam edəcək.

Səkinəxanım Məmmədova,

Jurnalistika fakültəsi,

II kurs tələbəsi

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları