3957 18-03-2019

Tanınmış məzunlarımız BDU-dan danışıblar


Bakı Dövlət Universiteti 100 illik yubiley ərəfəsində bir sıra layihələrə start verib. “Bakı Universiteti” qəzetinin “Tanınmış məzunlarımız” rubrikasının budəfəki qonaqları isə BDU-nun həyatlarındakı rolunu belə ifadə etdilər:

 

Əməkdar jurnalist Təranə Məhərrəmova: “Bakı Dövlət Universitetində oxumaq, bu təhsil ocağının məzunu olmaq xəyallarımın zirvəsi idi desəm, səhv etmərəm. Universitetin jurnalistika fakültəsində oxumaq, orada Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Seyfulla Mustafayev, Famil Mehdi, Şirməmməd Hüseynov kimi görkəmli ustadlardan dərs almaq, onların tələbələrinin yazdığı yazılara verdiyi dəyəri eşitmək xoşbəxtliyi mənə də nəsib olub. O zaman müəllimlərim fakültəyə hər cür mənfi hallardan uzaq olan “müqəddəs ada” deyirdilər. Jurnalistika fakültəsində qiyabi oxusam da, semestr imtahanları müddətində müəllimlərlə təmas, auditoriyanın çoşqusu, universitetin ümumi ab-havası bizim gələcək fəaliyyətimizin formalaşmasında əvəzsiz rol oynadı. Böyük şəxsiyyətləri, görkəmli alim və ictimai xadimləri yetişdirən bir təhsil ocağının hər otağı, hər pilləsi, hər bucağı bizim üçün müqəddəs idi. 
Mən sevərək seçdiyim jurnalistikanın sirlərinə bu məktəbdə yiyələndim. Jurnalist kimi atdığım kövrək addımlara bu tədris ocağında əldə etdiyim dərin nəzəriyyə dəstək oldu. Jurnalist kimi çalışdığım illərdə müəllimlərimin öyrətdiyi kimi jurnalistikanın qızıl qanunlarına riayət etdim. Bu sənəti sevmədən jurnalist olmağın mümkünsüzlüyünü də bu auditoriyalarda öyrəndim. İndi bu təhsil ocağını bitirdiyim vaxtdan 19 il keçir. Jurnalist fəaliyyətimə, təcrübəmin nəzəriyyə ilə zənginləşməsinə görə bu təhsil ocağına çox borcluyam. Hər gün qarşısından keçəndə qürurla boylanıb “mənim universitetim” deyə pıçıldadığım təhsil ocağı indi 100 illiyini qeyd etməyə hazırlaşır. Sevinirəm ki, bu qürurdan mənə də pay düşür”.

 

Tanınmış jurnalist Vəsilə Vahidqızı: “BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm.Ömür boyu fəxr etmişəm ki, BDU-da təhsil almışam.Fəxr etmişəm ki, Şirməmməd Hüseynov kimi əvəzsiz alimin daxil olduğu auditoriyada olmuşam, Nərgiz xanım Paşayevadan dərs alımışam.Azərbaycanın ilk ali təhsil ocağından məzun olmaq şərəfdir.
BDU həm də mənim üçün təmiz mühit nümunəsi olub. Azərbaycanda azadlıq hərəkatının inkişafı, demokratik düşüncənin formalaşması həm də mənim universitetimlə bağlı olub. Bu gün universitetin beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin inkişafı, burada çalışan alimlərin dünya elm ictimaiyyətinə inteqrasiyası məni sevindirir. Karyera qurmaq üçün doğru yolların seçilməsini, əxlaq çərçivələrini aşmamağı, ədalət anlayışını hər şeydən üstün tutmağı mənə BDU-nun müəllimləri tövsiyyə edib. Çox istəyirəm ki, bu ali təhsil ocağında oxuyan gənclər uğur açarının təhsil, təhsil və yenə də təhsil olduğuna inansınlar və universitetimizin adını ucaltsınlar”.

 


Əməkdar jurnalist Elnarə Dərziyeva: “Bakı Dövlət Universiteti burada təhsil alan və məzun olan hər kəsin qürur mənbəyidir. Hələ illər öncə, 15 yaşında olarkən məhz bu univeristetə qəbul olmağın xəyalı ilə yaşayırdım. “Niyyətin hara, mənzilin də ora” deyib atalarımız… Belə də oldu, 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. Sevincimin həddi-hüdudu yox idi.Və bu sevinc məni hətta illər sonra da tərk etmədi.
BDU-nu bitirdim, məzun oldum. Və çalışdığım media qurumlarında hər zaman Bakı Dövlət Universitetinin tələbəsi olduğumu fəxrlə söylədim. Və bu gün də fəxr edirəm ki, mənim yolum, həm ad-sanına, həm təhsilin səviyyəsinə görə ölkədə yeganə olan belə bir təhsil ocağında keçib.
Bu gün jurnalistikada 21 illik iş təcrübəm var. Ölkənin öndə olan media qurumlarında, mətbuat və televizayasında çalışmışam. Və hər zaman da öz imzama hörmət edən jurnalistlərdən olub, müxbirlikdən redakor, prodüser vəzifələrinə qədər bir yol keçmişəm. Bu gün cənab Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncam əsasında respublikanın “Əməkdar jurnalist”iyəm. Bir jurnalist üçün bundan ali ad, bundan uca bir zirvə ola bilməz. Bütün bunlara və ümumilkdə peşə fəaliyyətimdən dolayı əldə etdiyim hər bir uğuruma görə təhsil aldığım Bakı Dövlət Universitetinə və dəyərli müəllimlərimə borcluyam! 
Bir əsrlik yaşın mübarək olsun, əziz universitetim!”

Digər yazılar

Bulvarda musiqi ifa edən gənclər- BAYAĞILIQ ya SƏNƏT?

Hər şey səndən başlayır...

O mehriban, o əziz  universitet illəri....            

Mənim Universitetim

Ömrümüzün dörd fəsli

"O, insan həyatının mənasını cəmiyyətə fayda gətirəcək əməllərdə görür"

“Şinelli qalalar”

Çoxları üçün ideal insan

“...həmin ailələr bədbəxtdirlər”

"Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

Həqiqəti hər şeydən uca tutan elm fədaisi, müdrik və xeyirxah insan…

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

Bu günün işıqlı gələcəyi - sabahın müəllimləri 

Xalqımızın təbiətlə bağlı inanclarında qışın zilləti – günəş çilləsi

O, universitet müəlliminin simvolunu yaradan fenomenal insan idi

 Ümummilli lider və milli ideologiya

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR