62 18-03-2019

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək

VII Qlobal Bakı Forumunda iştirak edən İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru George Şarvaşidze, Kliment Ohridski adına Sofiya Universitetinin rektoru Anastas Gerdjikov, Buxarest Universitetinin prorektoru Sorin Kostrea və Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamut Bakı Dövlət Universitetində olublar. 
BDU-nun rektoru Elçin Babayev görüşün əhəmiyyətini qeyd edib və müasir elmin tələblərinə uyğun olaraq yeni formatda atılacaq addımlar barədə fikir mübadiləsi aparmağa imkan yaratdığını diqqətə çatdırıb. 


Görüşdə Qara Dəniz Universitetləri Şəbəkəsi ilə mövcud əlaqələr, universitetin 100 illik yubileyinin bu təşkilatda qeyd edilməsi, qurumun üzvü olan universitetlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi, ikili diplom, beynəlxalq akkreditasiya məsələləri müzakirə edilib. 
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru George Şarvaşidze, Kliment Ohridski adına Sofiya Universitetinin rektoru Anastas Gerdjikov, Buxarest Universitetinin prorektoru Sorin Kostrea və Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamut müzakirə edilən məsələlərin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb və Bakı Dövlət Universiteti ilə səmərəli əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. 


Qeyd edək ki, BDU-nun rektoru Elçin Babayev, eyni zamanda, martın 17-də “Fairmont” otelində Qara Dəniz Universitetləri Şəbəkəsi ilə Davamlı İnkişafın Həlli Şəbəkəsinin birgə tədbiri olan, Yunanıstan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Moldova və Rusiyadan olan nümayəndə heyətinin işirakı ilə keçirilən “Qara Dəniz bölgəsində dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəstək olaraq təhsil, elm və innovasiyalar” adlı tədbirində iştirak edib və qeyd edilən məsələ ətrafında çıxış edib. 
Xatırladaq ki, Qara Dəniz Universitetləri Şəbəkəsi üzv universitetlər arasında təhsil, fundamental və tətbiqi tədqiqatların aparılması, uğurlu təcrübə mübadiləsi və müxtəlif birgə layihələrin işlənməsi məqsədilə yaradılıb. Şəbəkə 12 ölkənin yüzdən çox universitetini birləşdirir. Bakı Dövlət Universiteti 1998-ci ildən təşkilatın sıralarında təmsil olunur.

 

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər