198 01-02-2018

Nəsimi Paşayev: “Sərnişinlər qatarlara minmək üçün qapıları saxlayırlar...”

 

Metro ən çox istifadə edilən nəqliyyat vasitələrindən biridir. Gün ərzində  Bakı metrosundan təqribən 590.000 -ə yaxın adam istifadə edir, müəyyən saatlarda stansiyalarda insan sıxlığı müşahidə olunur. Bəs bu sıxlığın aradan qaldırılması üçün hansı tədbirlər görülür? Öncə şəhər sakinləri ilə sorğu keçirdik. Şəhər sakinlərdən Nahibə Məmmədova sıxlıqdan çox əziyyət çəkdiyini, nəticədə dərsə gecikdiyini söylədi. Onu da qeyd etdi ki, sıxlıq nəticəsində insanlar istəmədən gərginləşir, yersiz mübahisələr baş verir.

Müsahibimiz Səməd Məmmədov isə sıxlığa görə metrodan istifadə edə bilmədiyini, qatarlararası interval müddətinin çoxlunu sıxlığın əsas səbəbi kimi  göstərdi. O,texniki qüsurların aradan qaldırılması, yeni tipli vaqonların sayının artırılması, o cümlədən metrodaxili şəraitin yaxşılaşdırılmasının vacib olduğunu söylədi.

Bütün sadalanan problemlərə aydınlıq gətirmək məqsədi ilə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. O, metropolitendəki sıxlığı aradan qaldırmağın mümkün olduğunu dedi:

“Metronun bəlli bir qrafiki var. Pik saatlarda 30 cüt qatar istifadə edilir. Nə qədər çox sıxlıq olsa da qatarlar arasındakı intervalı azaltmaq mümkün deyil, bu sırf təhlükəsizliklə bağlıdır. Buna görə də biz intervalı azalda bilmirik .Bayram günlərində istirahət günlərində bizim interval daha az olur.”

Metropoliten rəsmisi sıxlığın yaranma səbəblərindən də danışdı: “28 May stansiyasında yaşıl və qırmızı xətlərin kəsişməsi əsas səbəblərdəndir.  Bundan başqa, sərnişinlər qatarlara minmək üçün qapıları saxlayırlar, bu isə qatarın hərəkət etmə müddəti intervalını pozur. Onlar  qapılar açılan zaman bir-birinə yol versələr daha yaxşı olar.”

 Son zamanlar ölkəmizdə dövlət qayğısı nəticəsində bütün sahələrdə yeniliklər həyata keçirilir, mövcud problemlər aradan qaldırılır. İnanırıq ki, həllini gözləyən bu kimi problemlər də tezliklə aradan qaldırılacaq.

 

Aytac İmaməliyeva,

Jurnalistika fakültəsi, II kurs tələbəsi

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları