1752 19-03-2019

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

BDU-nun əcnəbi məzunları hazırda bir sıra məsul vəzifələrdə çalışmaqla yanaşı, doğma universitetlə əməkdaşlığı uğurla davam etdirirlər. Onlardan biri də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydidir. BDU məzunu “Bakı Universiteti” qəzetinə müsahibə verib, universitetdə təhsil alması, dilimizi öyrənmək həvəsi, Misir universitetləri ilə BDU arasında əlaqələr və digər məsələlərlə bağlı sualları cavablandırıb.  

 

Dosye: Əhməd Sami Elaydi 2000-ci ildə Misirin Ayn-Şəms Universitetinin Türk dili şöbəsini fərqlənmə diplomu ilə bitirib, 2003-cü ildə Ankara TÖMER institutunun Türk dili diplomunu alıb. 2006-cı ildə Ayn-Şəms Universitetinin Türk dili şöbəsində “Qaçaq Nəbi dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişməsi” magistr mövzusunu müdafiə edib. O, 2010-cu ildə Bakı Dövlət Universitetində “Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri” adlı dissertasiya işini müdafiə edib. Azərbaycan dilindən ərəb dilinə onlarla kitabın tərcüməçisidir.


- Necə oldu ki, Bakı Dövlət Universitetində təhsil almağa qərar verdiniz?
- Misirdə Azərbaycan dili və ədəbiyyat üzrə ilk mütəxəssis olduğum üçün Azərbaycanın ən qədim universiteti olan BDU-da təhsilimi davam etdirmək istədim və dövlət xətti ilə buraya ezamiyyətə göndərildim. Bu qərarımın sonrakı fəaliyyətimə çox böyük faydası oldu.


- Azərbaycan dilində mükəmməl danışırsınız…
- Hələ 3-cü kursda təhsil alarkən Azərbaycan dilini öyrənməyə başladım. Belə ki, həmin vaxt Türk dili kafedrasında tələbələrə ikinci dil kimi Azərbaycan dili tədris edilirdi. Xüsusilə bundan sonra ciddi hazırlıqla dərslərə başladım.


- Misir universitetləri ilə BDU-nu müqayisə etsək oxşarlıqlar çoxdur, yoxsa fərqlər?
- Deyərdim ki, oxşarlıqlar çoxdur. Misirin də tarix baxımdan Qahirə, Ayn-Şəms kimi qədim universitetləri var. Sadəcə Misirin əhalisinin sayına görə tələbə və müəllimlər çoxluq təşkil edir.


- BDU-nun məzunu olduqdan sonra universitetimizlə əməkdaşlıq əlaqələriniz barədə danışardınız.
- Məzun olduqdan sonra istər Misirdə olanda, istərsə də Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə BDU ilə heç vaxt əlaqələrim kəsilməyib. Misirdə olarkən müəllimlərimlə sıx əlaqə saxlayar, universitetdə keçirilən konfranslarda iştirak edərdim. Misir mədəniyyət mərkəzinin rəhbəri kimi fəaliyyətə başladıqdan sonra daha sıx və rəsmi əlaqələr yaratdıq. Misirdən Azərbaycana qonaqlar gələndə ilk olaraq onları BDU ilə tanış edirəm.


- BDU-nun Misir universitetləri ilə əlaqələrindən razısınızmı?
- Bəli, olduqca yüksək səviyyədə əməkdaşlıq edirik. Məsələn, ötən il Ayn- Şəms universitetinin professoru BDU-nun Kimya fakültəsində tələbələrə mühazirələr oxudu, BDU-nun Jurnalistika fakültəsində oxuyan tələbələrlə müxtəlif görüşlər keçirildi. BDU-nun və Misirin müxtəlif universitetləri arasında əməkdaşlıq müqavilələri bağlanıb. Hal-hazırda bir neçə misirli tələbə BDU-da təhsil alır. Həmçinin 2018-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsindən Misirə tələbələr göndərilib. Onlar Misir Ərəb Respublikasının maliyyə dəstəyilə bir illik ərəb dili kurslarından yararlanırlar. Ümid edirəm ki, elm və təhsil sahəsində əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək.

 

 

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”