228 19-03-2019

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 


Geologiya fakültəsinin professoru Nazim İmamverdiyevin 60 yaşı tamam olur. “Bakı Universiteti” qəzeti yubileyi ərəfəsində ömrünün yarıdan çoxunu geologiya sahəsində araşdırmalara, yüksək ixtisaslı tələbələr yetişdirməyə həsr etmiş alimlə həmsöhbət olub. Tələbəlik illəri, onu geologiya elminə gətirən səbəblər, qazandığı nailiyyətlər və digər suallar ətrafında söhbətləşib. 

 


- Nazim müəllim, bir qədər özünüz barədə məlumat verərdiniz.


-1959-cu il fevralın 17-də Tovuz rayonunun Dondar kəndində anadan olmuşam. Həmin rayonun Sarıtala orta məktəbini 1975-ci ildə əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya fakültəsinə sənəd verdim və qəbul imtahanlarındakı yüksək nəticələrimə əsasən Moskva Dövlət Universitetinə göndərildim. Beləliklə, MDU-nun Geologiya fakültəsinin "Geokimya" ixtisası üzrə təhsil aldım. Qeyd edim ki, həmin dövrdə azərbaycanlı gənclərin Rusiyanın və Sovet İttifaqının aparıcı universitetlərinə göndərilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü idi. Biz universiteti bitirənədək Moskvada Heydər Əliyevlə dəfələrlə görüşlər keçirilmişdi.1980-ci ildə adı çəkilən fakültəni bitirdikdən sonra təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda əmək fəaliyyətinə başladım. 1980-1989-cu illərdə bu institutda mühəndis, elmi işçi vəzifələrində çalışdım, gənc alimlər və mütəxəssislər şurasının sədri oldum. 1989-cu ilin oktyabrından Bakı Dövlət Universitetində Geologiya fakültəsinin “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” ETL-də elmi işçi, 1994-cü ildə böyük elmi işçi, 1995-1997-ci illərdə Faydalı qazıntılar kafedrasında baş müəllim vəzifələrində işləmişəm, 1989-cu ildə namizədlik, 2002-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişəm. 1997-ci ildən dosent, 2004-cü ildən professoram.


- Nə üçün məhz geoloq olmaq istəmisiniz?
- Mən Tovuz rayonunun dağ kəndində - dağlar qoynunda anadan olmuşam. Uşaqlıqdan təbiətə vurğun olmuşam. Hələ XIX əsrdə Almaniyanın “Simens qardaşlarının” bizə yaxın olan Gədəbəydə mis və qızıl çıxarmasından xəbərim var idi. Ona görə də bütün bu maraqlar mənim geoloq olmağıma səbəb oldu.


- Necə hesab edirsiniz, yaxşı müəllim hansı keyfiyyətlərə malik olmalıdır?
- Yaxşı müəllim ilk öncə yüksək erudisiyalı, geniş dünyagörüşlü, intellektual səviyyəsi yüksək olan və nəhayət, gözəl alim olmalıdır. O öz davranışı, hərəkətləri ilə digər insanlara nümunə olmalıdır. Təsadüfi deyil ki, yüksək mədəniyyətli, savadlı adamlara həmişə “müəllim” deyə müraciət edirlər.


- 60 yaş sizə nə deyir?
- 60 yaş... Yaxşı sualdır. Bu yaş alim üçün bir hesabatdır. 60 ilin hardasa 40 ildən çoxunu təhsilə, elmə həsr etmişəm. Çətin vaxtlarım olsa da, mən elmi araşdırmalar istiqamətində həmişə əzmlə çalışmışam. BDU-nun professoru, iki övlad atası, üç nəvənin babası kimi özümü xoşbəxt hesab edirəm.


- Övladlarınız hansı ixtisas üzrə təhsil alıblar?
- Hər iki övladım BDU-da təhsil alıb. Oğlum həm də Tbilisidə Dünya Bankı və BP şirkəti tərəfindən maliyyələşdirilən Tbilisi İqtisad Məktəbini, daha sonra isə Avropa Şurasının maliyyə dəstəyi ilə Belçikada magistraturanı bitirdi. Almaniyanın Halle şəhərində Almaniya dövlətinin maliyyəsi hesabına doktoranturada təhsil aldı və hal-hazırda iqtisad üzrə fəlsəfə doktoru olaraq xaricdə dövlət işində çalışır. Gəlinim də fəlsəfə doktorudur. Ailəmdə üç alimin olması ilə fəxr edirəm.


- Həyatınızda nələri ən böyük uğurlarınız hesab edirsiniz? Niyə?
- Ən böyük uğurlarım? Dünyanın nüfuzlu impakt faktorlu jurnalallarında çıxan məqalələrimə dünya alimlərinin istinad etməsi, dünyanın aparıcı geoloq alimlərilə müştərək elmi işlər aparmağım, kitabların və xəritələrin müəllifi olmağım, ABŞ-da nəşr olunan elmi jurnalların redaksiya heyətinin üzvü olmağım ən böyük uğurlarımdır. Bunlarla yanaşı, tələbələrim respublikanın və dünyanın müxtəlif universitetlərində magistratura və doktorantura üzrə təhsillərini davam etdirir, müxtəlif geoloji şirkətlərdə, idarələrdə çalışırlar. Belə hesab edirəm ki, bunlar da mənim üçün böyük uğurdur.


- Gənclərə, o cümlədən, tələbələrə tövsiyələriniz...
- Gənclərə, tələbələrə tövsiyəm – həddən artıq çalışmaq, savadlı olmaq, bir neçə dil bilmək, müasir texnologiyaların naliyyətlərinə yiyələnmələridir. İndiki dövrdə ancaq yüksək səviyyəli mütəxəssislər həyatda öz layiqli yerlərini tuta bilərlər. Arzu edirəm, Azərbaycan gənclərinin sədaları dünyanın ən mötəbər universitetlərindən, şirkətlərindən gəlsin.

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”