2009 19-03-2019

Filologiya fakültəsi “Nəsimi ili”nə necə hazırlaşır?

Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq BDU-da, o cümlədən, Filologiya fakültəsində bir sıra tədbirlər keçiriləcək. Fakültədən aldığımız məlumata əsasən, “Nəsimi ili” çərçivəsində universitet səviyyəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub və ideya problemləri” mövzusunda respublika elmi konfransının keçirilməsi nəzərdə tutulub. 
Bundan başqa, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Folklorşünaslıq və mifologiya” ixtisası üzrə təhsil alan magistantlar üçün “Nəsimi və folklor” adlı seminar, fakültə Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə ədibin yaradıcılığının müxtəlif istiqamətlərinə dair elmi seminarın keçirilməsi planlaşdırılıb. İsa Muğannanın “Məhşər” romanı, Qabilin “Nəsimi” poeması kimi bədii əsərlərin, eləcə də Həsən Seyidbəylinin rejissorluğu ilə çəkilmiş “Nəsimi” filminin müzakirəsi, Filologiya fakültəsinin tələbələrinin dərsdənkənar iş planlarının tərtib olunmasında Nəsimi yaradıcılığı ilə bağlı bədii-əyləncəli tədbirlərin təşkili də tədbirlər planına daxil edilib.
 

Digər yazılar

Universitetdaxili “50+50” qrant müsabiqəsi