3509 19-03-2019

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

2018-2019-cu tədris ilində yüksək bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olan tələbələrlə müsahibələri davam etdiririk. Bu dəfə “Bakı Universiteti” qəzetinin suallarını Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Leyla İsmayılova cavablandırıb.


- Qəbul imtahanında yüksək nəticə qazanmaq üçün əsas şərtlər hansılardır?

- İnsan uğur qazanmaq üçün qarşısına məqsəd qoymaqla yanaşı iradəli olmalıdır. İlk addım məqsəd, inam olsa da, səbr və dözümlülük vacib şərtlərdir.


- İmtahan ərəfəsində gündəlik rejiminiz necə idi?
- Tam özümə uyğun rejim yaratmışdım. Məncə, bir abituriyent öz istəklərinə nail olmaq istəyirsə, əvvəl özünə uyğun rejim yaratmalıdır, başqalarının rejimini nümunə kimi götürməli deyil. Çünki hər bir insanın özünə xas xüsusiyyətləri, qabiliyyəti, bacarığı və dözümü olur.


- İmtahan necə keçdi? Həyəcan var idimi?
- İlk, yəni yaz qəbul imtahanımda çox həyəcanlı idim. Bildiyimiz kimi, ilklər həmişə həyəcanlı və yadda qalan olur. Yay qəbul imtahanımda isə həyəcansız idim. Mənə elə gəlir ki, həyəcanımın keçməsində, qəbul imtahanımı yaxşı verməkdə oxuduğum duaların da çox böyük rolu oldu.


- Bəs sınaq imtahanlarında nəticələriniz necə idi? Qəbul imtahanında yüksək bal toplayacağınıza inanırdınız?
- Sınaq imtahanlarımda da nəticələrim yaxşı idi. Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanlarından ən yüksək topladığım sınaq balım 680 idi. Sınaq imtahanlarından topladığım yüksək ballarıma görə qəbul imtahanına böyük inamla gedib yüksək bal toplayacağıma inanırdım və 667 bal topladım.


- Bu ixtisasınız öz seçiminzdir, yoxsa müəllim və valideynlərinizin təsiri olub?
- Bu ixtisas öz seçimim idi. Əslində bu ixtisas mənim istədiyim 2 ixtisasdan biri olub. Şükürlər olsun ki, məqsədimə nail oldum. Məqsədimə nail olmaqda valideynlərimin və müəllimlərimin çox böyük rolu var. Buna görə də, həm valideynlərimə, həm də müəllimlərimə çəkdikləri əziyyətə görə minnətdaram.


- Niyə məhz BDU-nu və bu ixtisası seçdiniz?
- Bakı Dövlət Universitetinin ölkəmizin ilk ali məktəbi olması diqqətimi çəkdi. Bu ixtisası seçməyimin səbəbi isə onun yeni yaranması, yüksək ballı ixtisas və nüfuzlu sahə olması ilə əlaqədardır. Abituriyentlərə məsləhət görərdim ki, yeni yaranan ixtisaslara önəm versinlər, çünki ixtisasa tələbat olmasa, niyə yeni ixtisaslar yaradılsın ki?


- Qarşınıza qoyduğunuz məqsədləri hansı aforizmlə ifadə edərdiniz?
-Müvəffəqiyyətin dörd şərti; bilmək, istəmək, cəsarət etmək və susmaqdır.


İlahə Dadaşova,
Filologiya fakültəsinin dissertantı

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb