256 19-03-2019

Əməkdaşımız Polşanın Jeşuv Universitetində səfərdə olub


Bakı Dövlət Universitetinin Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova Polşanın Jeşuv Universitetində səfərdə olub. O, dördgünlük səfər çərçivəsində müxtəlif görüşlərdə iştirak edib, bir sıra müzakirələrə qatılıb. 


“Səfər Erasmus+ KA107 tələbə-müəllim mübadiləsi layihəsi çərçivəsində baş tutdu. Jeşuv Universitetində olduğum müddətdə universitetin prorektoru, beynəlxalq əlaqələr şöbəsinin müdiri, Rus Filologiyası İnstitutunun direktoru, Sosiologiya İnstitutunun direktor müavini, Sosiologiya və tarix fakültəsinin dekanı,Tarix İnstitutunun direktoru, Hüquq fakültəsinin dekanı və İqtisadiyyat fakültəsinin əməkdaşları ilə görüşdüm”, - deyə E. İsmayılova bildirib. 
Şöbə müdiri qeyd edib ki, keçirdiyi görüşlər zamanı universitetlərarası əlaqələrin perspektivləri, o cümlədən pedaqogika və iqtisadiyyat üzrə ikili diplom proqramlarının hazırlanması (magistratura səviyyəsi üzrə), Sosiologiya, hüquq və filologiya sahəsində birgə nəşrlərin, məqalələrin çap olunması, BDU müəllimlərinin həmin universitetin Hüquq fakültəsində mühazirələr deməsi, Tarix fakültəsi ilə birgə araşdırmalara başlanılması kimi mühüm məsələlər müzakirə olunub.
Həmçinin görüş zamanı bu ilin aprel ayında iqtisadiyyat fakültəsindən nümayəndə heyətinin BDU-ya səfəri barədə razılıq da əldə olunub.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub