695 19-03-2019

Bakı Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetində Novruz bayramı və Yel çərşənbəsi münasibətilə tədbir keçirilib.Tədbirdə BDU-nun rektoru Elçin Babayev, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Türkiyə, Türkmənistan, Çin və İran səfirliklərinin nümayəndələri, çoxsaylı qonaqlar, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 
Türk xalqlarına xas milli adət və ənənələri əks etdirən sərgi ilə tanışlıqdan sonra rektor Elçin Babayev çıxış edərək hər kəsi bayram münasibətilə təbrik edib, sağlamlıq, firavan həyat arzulayıb. Müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verən, milli ənənə və dəyərləri qoruyub saxlayan Novruzun tarixi və mahiyyəti barədə danışan rektor bu bayramın ümidin, təbiətin yenilənməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu diqqətə çatdırıb.


Tədbirdə həmçinin müxtəlif ölkələrin milli adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirilib, tələbələrin təqdimatında ədəbiyyat nümunələri səsləndirilib və musiqilər ifa edilib. 
BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova tədbirlə bağlı fikirlərini “Bakı Universiteti” qəzeti ilə bölüşüb: “Lap qədim dövrlərdən xalqımız bir sıra bayramlar keçirib. Novruz da xalqımızın bayram təqvimlərində mühüm yer tutur. Bu bayram milli-mənəvi köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi, mifik dünyagörüşümüzü əks etdirdiyi üçün onun qorunması qarşımıza qoyulan vacib məsələlərdəndir. Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası milli-mənəvi dəyərlərimizin qorunmasında, folklor nümunələrimizin tədqiqi, tədrisi və təbliği məsələləri istiqamətində fəaliyyət göstərdiyi üçün Novruz bayramının da qorunması və gənclərimizə bu bayramın dəyərlərini əyani göstərmək missiyası öhdəmizə düşür”. 


S. Orucova neçə illərdir ki, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası olaraq bu bayramı təntənəli şəkildə təşkil etdiklərini söylədi: “2016-cı ildən Bakı Dövlət Universitetində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası olaraq bu bayramı təntənəli şəkildə təşkil edirik. Bildiyimiz kimi, xalqımızın bayrama hazırlığı dörd həftə öncədən başlayır, hər çərşənbəni də bayram əhval-ruhiyyəsi ilə qeyd edirlər. Biz də buna əsaslanaraq artıq 3 ildir ki, Novruz çərşənbələrini özünəməxsus mərasimləri əks etdirməklə Filologiya fakültəsində qeyd edirik”. 

 


Kafedra tədbdirin hər il daha maraqlı keçirilməsi üçün tələbələrlə birgə əmək sərf etdiklərini də bildirdi: “ Bu tədbirlərin bir-birinə bənzəməməsi üçün kafedramız və “Folklor” dərnəyinin tələbələri gərgin əmək sərf edir. Son üç ildə Novruzla bağlı 14 tədbir keçirmişik. “Novruz çərşənbələri” silsiləli tədbirlərlə yanaşı, 2016-cı ildə “Novruz bayramı haqqında nə bilirik?” adlı viktorina, “Novruz sərgisi”, 2017-ci ildə “Novruz milli-mənəvi dəyərimizdir”, “Əzizə Cəfərzadə yaradıcılığında Novruz” kimi elmi seminarlar, 2018-ci ildə Novruz bayramına həsr olunmuş “İstedadlar sorağında” adlı tədbir təşkil etmişik. Bakı Dövlət Universitetində 2016-cı ildə “Novruz”, 2017-ci ildə “Azərbaycanda Novruz”, 2018-ci ildə “Türk xalqlarında Novruz” adlı silsilə tədbirlərin davamı olaraq bu il “Şərq xalqlarında Novruz” adlı tədbir keçirdik. Tədbirdə müxtəlif xalqların Novruz adət-ənənələri öz əksini tapıb. Bunun üçün BDU-nun Beynəlxalq Departamenti vasitəsilə səfirliklərə, universitetimizdə oxuyan xarici tələbələrə də müraciət etmişikdik. Tədbirdə dünyada Novruzu bayramını qeyd edən xalqların bayramla bağlı adət-ənənələri, inancları səhnəciklər şəklində göstərilib, tələbələrin ifasında şeirlər, mahnılar səsləndirilib. Ümid edirik ki, bu il də tədbirimiz xoş xatirələrlə yaddaşlarda qalacaq.”

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub