3326 19-03-2019

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Latviya Respublikası Silahlı Qüvvələrinin keçmiş komandanı və Latviya Hərbi Akademiyasının sabiq rektoru, general-mayor Yuris Maklakovs “Bakı Universiteti” qəzetinə müsahibə verib. O, tələbəlik illəri, hərbçi və diplomat karyerasında qazandığı uğurlar, Latviya-Azərbaycan əlaqələri, xalqlarımız arasında oxşar cəhətlər və digər mövzularla bağlı fikirlərini bölüşüb. 

 


Cənab səfir, oxucularımıza öz tələbəlik illəriniz haqqında danışa bilərsinizmi? 
Mən əvvəlcə hərbi sahədə karyera qurmaq istəyirdim. Kabinetimdə həmin illərdən yadigar qalan qılıncı da görə bilərsiniz. İlk dəfə Kalininqrad Hava Qüvvələri Akademiyasına daxil oldum və üç il sonra məzun olarkən leytenant rütbəsi aldım. Özbəkistanın Buxara şəhərində üç il xidmət etdikdən sonra Moskva Hava Qüvvələri Akademiyasına daxil oldum. 1992-ci ildə məzun olaraq SSRİ-nin dağılması səbəbindən ölkəmə qayıtdım. Sonra mayor rütbəsi aldım və bir neçə vəzifəni icra etdim. Müdafiə Nazirliyi və Hərbi Hava Qüvvələrində də xidmət etdim. Son vəzifəm Silahlı Qüvvələr Komandanlığı oldu, bununla da ölkədəki ali hərbi rütbəni daşımışam. Mən həm də ABŞ Hərbi Kollecindən məzun olmuşam. Bu ABŞ-da ən ali hərbi təhsil sayılır. Bundan başqa, bir neçə kursda da olmuşam. Məktəb, universitet və akademiyada keçirdiyim dönəm həyatımın ən yaxşı və maraqlı dövrüdür. ABŞ-da təhsil aldığım kollecdə 42 ölkədən tələbə var idi, yeni insanlarla tanış olmaq çox maraqlı idi. Yəqin ki, siz də 15-20 il sonra universitet haqqında fikirləşəndə belə deyəcəksiniz.


Hərbiçi və diplomat karyeranızdan nə danışardınız...
2010-cu ilə qədər mən general rütbəsini daşıyırdım və Silahlı Qüvvələrə rəhbərlik edirdim. Hərbi karyeram bitdikdən sonra isə prezidentimiz mənə səfir olmağı təklif etdi. İlk dəfə Qazaxıstana səfir kimi göndərildim və 2011-2015-ci illərdə Qazaxıstan və Qırğızıstan səfiri vəzifəsini icra etdim. 2015-ci ildən etibarən isə Azərbaycana səfir təyin edildim və bu yay vəzifəm bitəcək, Latviyaya qayıdacağam.


 Azərbaycan və Latviya əlaqələri barədə nə deyə bilərsiniz?
Hazırda çox yaxşı qarşılıqlı əlaqələrimiz var. Bu prezidentlər səviyyəsində də belədir. Prezident İlham Əliyev 2017-ci ildə Latviyada rəsmi səfərdə olub, eyni zamanda bizim dövlətin eks-prezidenti də bir neçə dəfə Azərbaycana gəlib. Azərbaycanı hər il xeyli  latviyalı turist ziyarət edir. Latviyada iki min nəfərdən ibarət Azərbaycan diasporu fəaliyyət göstərir. Bu Latviya kimi bir ölkə üçün çox böyük rəqəmdir.

 

Azərbaycana gəlməmişdən əvvəl ölkəmiz haqqında nə bilirdiniz və bura gəldikdən sonra fikriniz dəyişdimi?
Sovet ordusunda xidmət etdiyim zamandan bir çox azərbaycanlı tanışlarım var idi. O cümlədən Qafqaz haqqında, 90-cı illərdə burada müharibə vəziyyəti ilə bağlı məlumatlı idim, lakin heç zaman Azərbaycanda olmamışdım. Bakıda ilk dəfə 2015-ci ildə oldum. Bundan sonra isə Azərbaycanın bir çox bölgələrində oldum. Lənkəran, Gəncə, Qəbələ, Şəki, Quba və digər rayon və şəhərləri gəzdim, Göygöl, Şahdağ kimi gözəl məkanları gördüm. Ümumiyyətlə, Azərbaycan haqqında təəssüratlarım çox yaxşıdır.


Latviya xalqı haqqında nə danışa bilərsiniz?Azərbaycanlılarla latviyalılar arasında hansı oxşarlıqlar var? 
Latviyalılar dostcanlı xalqdır. Onlar həyatsevərdirlər, mahnı oxumağı, rəqs etməyi, səyahət etməyi sevirlər. Mən özüm də səyahət etməyi xoşlayıram. Məsələn, bir çox latviyalı turist Azərbaycanda səyahətdə olub. Latviyalılar çox zahmətkeş xalqdırlar. Əgər bir hədəfləri varsa, ona nail olmaq üçün sona qədər çalışırlar. Onlar da azərbaycanlılar kimi ailə münasibətlərinə çox önəm verirlər. Bütün özəl günləri - istər bayram, istərsə də ad günü olsun, ailə halında, birlikdə qeyd edirlər.


- Diplomat olmaq istəyən tələbələrə hansı tövsiyələriniz ola bilər?
- Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız. Mənim hər zaman həmkarlarıma tövsiyəm bu olub.  Lakin siz həm də öz üzərinizdə çox işləməli və nə zaman nə edəcəyinizi yaxşı bilməlisiniz. Çox informasiyaya sahib olmaq da vacibdir. Ən vacib şeylərdən biri isə kommunikasiyadır. Diplomat çox yaxşı kommunikasiya bacarığına malik olmalıdır.

 

Hacıbaba Mustafayev

Jurnalistika fakültəsi,

II kurs tələbəsi

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”