244 19-03-2019

BDU-nun müəllimi təlimdə çıxış edib


Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Musayeva "Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi" layihəsinin üçüncü təlimində məruzə ilə çıxış edib.

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan təlimin mövzusu "Ərəb dilinin spesifik quruluşu: ləhcələr, Misir ləhcəsi nümunəsi" olub. Misir ləhcəsinin tədqiqatçısı K.Musayeva Misir dialektinin fonetik, leksik, morfoloji xüsusiyyətləri barədə ətraflı məlumat verib. Təlimin ikinci hissəsində iştirakçılar qruplara bölünərək onlara təqdim olunmuş video tapşırıqları komanda şəklində hazırlayıblar. Sonda layihə üzrə təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi ərəb dili üzrə tərcüməçi kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan, bu sahədə təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən gənc ərəbdilli tərcüməçilərin biliklərinin artırılmasıdır. 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub