73 27-03-2019

Çexiyanın Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Bakı Dövlət Universiteti ilə Çexiyanın Karlova Universiteti arasında səmərəli əməkdaşlıq əlaqələri davam edir. Ötən illər ərzində BDU və Karlova Universitetinin yüzlərlə müəllim və tələbəsi təcrübə mübadiləsində iştirak edib, birgə konfrans və seminarlar keçirilib, elmi tədqiqat işləri aparılıb və alınan nəticələr impakt faktorlu jurnallarda dərc edilib. Hər il davamlı olaraq Karlova Universitetinin Təbiət elmləri fakültəsinin müəllim-tələbə heyəti flora və faunanı öyrənmək məqsədilə Azərbaycanın müxtəlif regionlarında, o cümlədən BDU-nun Qubadakı tədris-təcrübə və istirahət mərkəzində olur, eyni zamanda, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin əməkdaşları Karlova Universitetinin təbiət fakültəsində tədqiqatlar aparır, tədris prosesində iştirak edirlər. 


Bu il də əməkdaşlığın davamı olaraq Karlova Universitetinin Təbiət elmləri fakültəsinin dosenti Eva Landova və həmin fakültənin doktorantı Marketa Janovkova Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində Bakı Dövlər Universitetində tədqiqatlar aparmaq və Biologiya fakültəsində tədris prosesində iştirak etmək məqsədilə Bakıya gəliblər. 
Bayram günləri olmasına baxmayaraq, Eva Landova və Marketa Janovkova Biologiya fakültəsinin 3-cü kurs tələbələri Nərmin Kərimova və Aytən Məmmədova ilə birlikdə təcrübə işlərini davam etdiriblər. 
Martın 21-də BDU-nun rektoru Elçin Babayev Eva Landova və Marketa Janovkovanın tədqiqat və təcrübə işləri ilə yerində tanış olub, özü bilavasitə pasiyent qismində bioloji eksperimentdə iştirak edib. Sonra rektor aparılan eksperimentlə bağlı tövsiyələrini verib, eyni zamanda, akademik mübadilə, birgə elmi tədqiqatlar və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub