44 28-03-2019

Moskva Dövlət Universitetində “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” adlı beynəlxalq forum keçirilib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” adlı beynəlxalq forum keçirilib. Rusiya ali təhsil müəssisələrinin və Avrasiya Universitetlər Assosiasiyası Şurasının üzvü olan universitet rektorlarının, innovativ şirkətlərin və dövlət idarəetmə oqranlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Bakı Dövlət Universitetini rektor Elçin Babayev təmsil edib. 


Böyük çağırışlar dövründə universitetlərin qlobal elm-təhsil, texnoloji və humanitar vəhdətində roluna həsr olunan forumu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi açıb. Ali təhsilin inkişafında qlobal tendensiyaları təhlil edən V.A.Sadovniçi dünya təhsil prosesində Rusiya ali təhsilinin yeri və rolu haqqında danışıb. Bəşəriyyətin qarşısında duran çətinliklər barədə məlumat verən MDU-nun rektoru internet istifadəçilərin sayının artması ilə bağlı olaraq rəqəmsal məkanda yaranan problemlərin qloballaşan dünyanın ən böyük çağırışlarından biri olduğunu qeyd edib, ekoloji problemlər və kosmosun lazımınca araşdırılmaması kimi məqamlara diqqət yönəldib. 
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın elm, təhsil, cəmiyyət və bəşəriyyətin gələcəyi ilə bağlı məzmunlu və dolğun çıxışı Forum iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb. 


Forum çərçivəsində Rusiya Rektorlar Şurasının və Avrasiya Universitetlər Assosiasiyası Şurasının növbəti iclası keçirilib və akademik V.A.Sadovniçi yenidən hər iki qurumun prezidenti seçilib. Eyni zamanda iclasda Avrasiya Universitetlər Assosiasiyası Şurasının Büro üzvlərinin seçkisi də baş tutub və BDU-nun rektoru Elçin Babayev qurumun Büro üzvü seçilib. 
Rektor E.Babayev forumda 80 illik yubileyi ərəfəsində olan Moskva Dövlət Universitetinin rektoru Viktor Antonoviç Sadovniçini təbrik edib, ona Azərbaycanı təcəssüm etdirən hədiyyə və təbrik ünvanı təqdim edib. 
Forum çərçivəsində Bakı Dövlət Universiteti ilə Avrasiya Universitetlər Assosiasiyası Şurasının üzvü olan aparıcı universitetlərlə ikitərəfli əlaqələr və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər