2937 28-03-2019

BDU-nun altı alimi “Elm günü”nə həsr olunmuş müsabiqədə qalib olub

Bakı Dövlət Universitetində keçirilmiş və “Elm günü”nə həsr olunmuş müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 
BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Elm Günü”nün əhəmiyyətindən, ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından bəhs edib. BDU-nun “Clarivate Analytics” təçkilatının Azərbaycan üzrə nümayəndəliyi ilə birgə keçirdiyi müsabiqə haqqında məlumat verən rektor seçimlərdə “Web of Science” bazasından istifadə edilməklə yanaşı, yeni yanaşmanın tətbiq edildiyini, təbiət və humanitar elmlər sahəsində çalışan alimlərin elmi nailiyyətlərinə görə qalib olduğunu diqqətə çatdırıb. Rektor növbəti illərdə daha fərqli yanaşmaların tətbiq ediləcəyini, alimlərin fəaliyyətlərində fərqlənmə prinsipinə üstünlük veriləcəyini qeyd edərək, BDU-nun tədqiqat universitetinə çevrilməsi istiqamətindəki hədəflərini açıqlayıb. 


AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan elminə göstərilən diqqət və qayğıdan, 100 yaşlı Bakı Dövlət Universitetinin intellektual nəslin formalaşmasındakı xidmətlərindən bəhs edib. Akademik “Elm günü”nün qeyd olunmasında universitet alimlərinin əməyini xüsusi qeyd edərək elm və təhsilin inteqrasiyası barədə fikirlərini bölüşüb. 


Sonra qaliblər elan olunub. Humanitar elmlər üzrə Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının professoru Aidə Qasımova, təbiət elmləri üzrə Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov, Fizika Problemləri ETİ-in aparıcı elmi işçisi, dosent Şahin Ağayev, Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi ETL-in aparıcı elmi işçisi, dosent Kamran Mahmudov, o cümlədən Kimya fakültəsinin Zərif üzvi sintez ETL-nın nəzdində olan Rentgen Quruluş Analiz laboratoriyasının böyük elmi işçisi Günay Məmmədova və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva 35 yaşı tamam olmamış elmi tədqiqatçılar arasında fərqlənərək müsabiqənin qalibi olublar. 


Rektor müsabiqənin komissiya heyətinə, “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadəyə təşəkkürünü bildirib. 
Qaliblərə sertifikatlar təqdim edilib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulanıb. 


Onu da qeyd edək ki, Bakı Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş Tədbirlər planına uyğun olaraq tələbə, magistrant və doktorantların iştirakı ilə dəyirmi masa keçirilib, universitetin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin “Elm həftəsi” çərçivəsində konfrans təşkil edilib, lisey şagirdlərinin universitetə ekskursiyası və universitet alimləri ilə görüşü baş tutub.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub