212 01-01-2018

Akademikin 75 illik yubileyi qeyd edilib

Noyabrın 22-də Bakı Dövlət Universitetində dünya şöhrətli alim, “Şöhrət” və “Şərəf” ordenli Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin dekanı və kafedra müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Rektor, akademik Abel Məhərrəmov yubilyarın nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da millətimizə həmişə başucalığı gətirməsindən danışıb. Daha sonra Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, deputat Rəfail Hüseynov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkal Özoral, Milli Aviasiya Akademiyasının kafedra müdiri Nəriman Həsənzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, akademik Teymur Bünyadov, professor Qəzənfər Paşayev çıxış edərək yubilyarı təbrik ediblər. Həmçinin Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın akademik Vasim Məmmədəliyevə ünvanladığı təbrik məktubu oxunub.

Xalq artisti Mənsum İbrahimov möhtəşəm ifaları ilə yubiley tədbirinə rəng qatıb.

Sonda çıxış edən akademik Vasim Məmmədəliyev tədbirin təşkilinə görə BDU rəhbərliyinə, eyni zamanda, bütün toplantı iştirakçılarına təşəkkürünü bildirib.


 

 

Digər yazılar

“Ailəmi ən böyük sərvətim hesab edirəm”

Ömür kitabının 80-ci səhifəsi

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib