73 28-03-2019

BDU-da soyqırımı qurbanları anılıb

Bakı Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. BDU-nun rektoru Elçin Babayev mənfur qonşularımızın tarixin ayrı-ayrı vaxtlarında ən müxtəlif üsul və yollarla azərbaycanlılara qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı siyasətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından, son 20 ildə ölkəmizin informasiya cəbhəsində öz sözünü inamla, sübut və faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasından bəhs edib. 

 


Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini bildirib. O, XX əsrdə bolşevik-daşnak cinayətkarlarının planlı şəkildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı haqqında ətraflı məlumat verib, onu bəşər tarixinin ən qəddar cinayətlərindən biri adlandırıb. 

 


Biologiya fakültəsinin tələbəsi Vəfa Mürsəlzadə bu qanlı cinayətin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini diqqətə çatdırıb.Tədbir BDU tələbələrinin soyqırımı gününə həsr etdikləri "Zəncirin son halqası" sürrealist üslubunda pantomima tamaşasının nümayişi ilə başa çatıb.

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub