174 08-04-2019

BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, eyni zamanda Təhsil fakültəsinin dekanı Ali Aksu Bakı Dövlət Universitetində olublar.

BDU-nun rektoru Elçin Babayev səfərin əlaqələrin daha da genişlənməsinə təkan olacağını vurğulayıb. Universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı hədəflərini açıqlayan rektor müasir elmin tələblərinə uyğun olaraq, humanitar və təbiət elmləri sahəsində birgə araşdırmaların aparılması ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə, eyni zamanda, magistratura və doktorantura səviyyələrində ikili diplom, tələbə-müəllim mübadiləsi, birgə proqram və qrantlar kimi məsələlər müzakirə edilib.

 

Professor Alim Yıldız qeyd edilən məsələlərin ikitərəfli əlaqələrin inkişafına təkan olacağını bildirib. O, Bakı Dövlət Universiteti ilə ERASMUS+KA107 proqramı çərçivəsində tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini, bu istiqamətdə əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu bildirib.

Bakı Dövlət Universiteti ilə Sivas Cümhuriyyət Universiteti arasında imzalanmış müqaviləyə əsasən, indiyədək BDU-nun beş bakalavr, iki magistrant, üç  doktorantı  və yeddi əməkdaşı Sivas Cümhuriyyət Universitetində, həmin ali təhsil müəssisəsindən isə iki bakalavr, iki magistrant və 13 əməkdaş BDU-da təcrübə mübadiləsində iştirak ediblər.

 

Hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bir doktorantı Sivas Cümhuriyyət Universitetdə, həmin universitetin üç tələbəsi isə BDU-da təhsillərini davam etdirirlər. Filologiya, Sosial elmlər və psixologiya fakültələrində təcrübə keçən türkiyəli tələbələr görüşdə iştirak edərək layihə ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, 1973-cü ildə Türkiyə Cümhuriyyətinin 50-ci ildönümü münasibətilə təsis edilən Sivas Cümhuriyyət Universiteti Greenmetric reytinqində 23-cü, Nature İndex sıralamasında isə Türkiyə üzrə 29 yerdə qərarlaşıb.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub